1 ... 20 21 22 23 24 25 26 27 ... 36

III BÖLÜM AZƏRBAYCAN-RUSİYA MÜHARİBƏLƏRİ

səhifə24/36
tarix23.01.2018
ölçüsü2.15 Mb.

III BÖLÜM

AZƏRBAYCAN-RUSİYA MÜHARİBƏLƏRİ


  1. 1. Ölkəmizin şimalının ruslar tərəfindən işğalından öncəki daxili və beynəlxalq vəziyyət barədə bir neçə söz


Tarixi mənbələrdən anlaşıldığı kimi, XVIII əsrin sonlarında etibarən Rusiyanın xarici siyasətinin əsas istiqamətlərindən biri Cənubi Qafqazın istilasından ibarət olmuşdur. Çarizm Cənubi Qafqazı əlavə gəlir mənbəyinə çevirməyə, Xəzər dənizi hövzəsi üzərində Rusiya ağalığına nail olmağa, Xəzəri Rusiyanın daxili dənizinə çevirməyə can atırdı. Azərbaycanın təbii sərvətləri, xüsusən də faydalı qazıntı yataqları artıq rus elminə məlum idi və təsadüfi deyildir ki, II Yekaterina hökuməti bu ölkənin sərvətlərinin mənimsənilməsini onun istilası ilə bağlayırdı. Qızılboya, yun, ipək, pambıq, tütün, yanacaq və s. Rusiya sənayesinin xammal və yanacaqla təmin edə bilərdi.

Həmin dövrdə, daha dəqiq desək, Ağa Məhəmməd şahın ölümündən sonra onun taxta çıxan varisi Baba-xanın (Fətəli şahın) başı öz hakimiyyətini möhkəmləndirməyə qarışdığından və sələfinin savaşlarını davam etdirə bilrməməsi səbəbindən yaranan qeyri-müəyyən vəziyyət xanlar arasında çəkişmələrin qızışması üçün münbit şərait yaratmışdı. Azərbaycanın daxili və beynəlxalq vəziyyəti çox mürəkkəb idi. Azərbaycan ərazisi xırda feodal dövlətlərə parçalanmışdı. Qonşu xalqların ərazilərini ələ keçirmək uğrunda xanlar arasında ardı-arası kəsilməyən ara müharibələri, feodallarla ölkə ərazisinin böyük əksəriyyətini təşkil edən kəndlilər arasında sinfi ziddiyətlərin güclənməsi, iqtisadi tənəzzül Azərbaycanın daxili vəziyyəti üçün səciyəvi hal idi. Rusiyanın Cənubi Qafqaz barəsindəki işğalçı niyyətləri, Qacarların vəziyyətə tam nəzarət edə bilməməsi vəziyyəti daha da gərginləşdirirdi.

Mərkəzləşmiş dövlət parçalandıqdan sonra Azərbaycan ərazisində 21 xanlıq əmələ gəlmişdi. Bunlar aşağıdakılardır:

Xoy (XVIII əsrin ortaları – sonları), Maku (XVIII əsrin ortaları – 1922), Qaradağ (XVIII əsrin 40 – cı illəri – XIX əsrin əvvəlləri), Təbriz (XVIII əsrin 40 – cı illəri – 80 – ci illər), Marağa (XVIII əsrin 40 – cı illəri – XIX əsrin 20 – ci illəri)), Ərdəbil (XVIII əsrin 40 – cı illəri – XIX əsrin əvvəlləri), Sərab (XVIII əsrin 40 – cı illəri – XIX əsri əvvəlləri), Gəncə (XVIII əsrin 40 –cı illəri – 1804 – cü il), Qarabağ (XVIII əsrin 40 –cı illəri – 1822 – ci il), Şəki (XVIII əsrin 40 –cı illəri – 1819 – cu il), Şamaxı (XVIII əsrin 40 – cı illəri – 1820 – ci il),Quba (XVIII əsrin 40 –cı illəri – 1806 – cı il), Dərbənd (XVIII əsrin 40 –cı illəri – 1806 – cı il), Bakı (XVIII əsrin 40 –cı illəri – 1806 – cı il), Cavad (XVIII əsrin 40 – cı illəri – 1768 – ci il), Salyan (XVIII əsrin 40 –cı illəri – 1757 – ci il), Lənkəran (XVIII əsrin 40 –cı illəri – 1820 – ci il), Naxçıvan (XVIII əsrin 40 – cı illəri – 1828 – ci il), Irəvan (XVIII əsrin 40 –cı illəri – 1827 – ci il) və Tiflis (XVIII əsrin ortaları – 1799-cu il). Bura Gilan xanlığnı da əlavə etmk lazımdır.

Xanlıqlardan başqa müstəqil Qutqaşen, Qəbələ, Ərəş, Ilisu, Qazax – Şəmsəddin sultanlıqları, Tərki, Qazı-Qumuq, Qara-Qaytaq və Tabasaran şamxallıqları və Qarabağ xanlığının ərazisində beş alban məlikliyi var idi.

Xanlıqlar arasında çəkişmə və duşmənçilik doğuran məsələlər bütün çılpaqlığı ilə üzə çıxmışdı. Şirvan xanı Mustafa xan şəkili Səlim xanı oradan qovduğu və onun qardaşı kor Məhəmmədhəsən xanı hakimiyyətə gətirdiyi üçün Qarabağ xanlığı ilə düşmənçilik edirdi. Məhəmmədhəsən xan və Cavad xan da İbrahim xanla düşmən idilər. Bakı xanlığında Hüseynqulu xan və II Mirzə Məhəmməd xan arasında çəkişmə gedirdi. Abbasqulu Ağa Bakıxanov həmin dövrü xarakterizə edərək yazr ki, Mirzə Məhəmməd xan Ağa Məhəmməd şahın öldürülməsi xəbərini alınca, Qubadan Bakını almağa hərəkət etdi. Hüseynqulu xan ondan qabaq gəlib qalanın müdafiəsilə məşğul oldu. Axırda aralarında barışıq olub

məmləkəti böldülər. Hüseynqulu xan şəhərdə, Mirzə Məhəmmədxan Məşqətə (Maştağa) kəndində bir qala tikdirib hökumətə oturdular. Ancaq Mirzə Məhəmməd xan sonralar oranı da itirdi.

Bakıxanovun yazdığna görə, Təbriz və Xoy əyalətlərini idarə edən Cəfərqulu xan Dunbuli hərəkətə keçərək, Sərabı xaraba qoydu, Cəfərqulu xan düşmənçilik etdiyi Sadıq xanla birləşib şaha qarşı çıxdı. Sonra Sadıq xan Cəfərqulu xandan ayrılaraq şahın yanına gəldi, lakin buradaca öldürüldü. Cəfərqulu xan isə Xoyu ələ keçirməyə nail oldu. Abbas Mirzə onu məğlub edərək buradan Makuya, oradan da Türkiyə sərhədinə qovdu. Qubalı Şeyx Əli xan, Şirvanlı Mustafa xan və Lənkəran xanı Mir Mustafa xan arasında da ziddiyyət kəskinləşdi. Şeyx Əli xan Salyanı tutdu. Lakin Şeyx Əli xan buradan qayıdan kimi indi də Salyanı Mustafa xan ələ keçirdi. Abbasqulu Ağa yazır ki, o, şəhəri köçürüb, dörd ağac yuxarıda, indiki yerində bina etdi. Hakimliyini də İbrahim xanın oğlu Əli xana verdi. Bir müddət sonra buranı bölüşdürüb Əli xana və onun əmisi oğlu Məhəmməd xana verdi. Lakin Əli xan tez bir zamanda Məhəmməd xanı həbsə alıb, talış Mirzə Mustafa xanın himayəsi altına keçdi:

Şeyx Əli xanla Qazıqumuq şamxalı Surxay xan arasındakı münasibətlər də döyüşlərlə həll edilməyə başladı. Surxay xan Qubanı tutdu və ay yarım burada hökmranlıq etdi, sonra Şeyx Əli xan onu Qubadan çıxartdı. Şeyx Əli xan Dərbənd hakimliyinin bacısı, II Mirzə Məhəmməd xanın arvadı Xan Bikəxanıma tapşırdı. Lakin Surxay xan 1800-cü ilin mayında onu devirdi, hakimiyyətə Həsən adlı birisini gətirdi. Surxay xan Həsən xanla Quba üzərinə yeridi. Yalnız Şeyx Əli xanın arvadı, Hacı Məlik Məhəmməd xanın qızı Zəlbünybca bəyimin çalışması ilə Quba üzərindən təhlükə sovuşdu. Şeyx Əli xan belə bir vəziyyətlə barışa bilməyərək Dərbəndin Ulus nahiyəsinin 9 kəndini köçürüb Qubaya gətirdi. Həsən xanın əlində Dərbənd şəhərindən başqa heç bir yer qalmadı. Dərbənd şəhəri yalnız 1803-cü ildə Quba xanlığına qaytarıldı”.

Bu dövrdə Azərbaycanın sosialiqtısadi durumu çox ağır idı. Mirzə Camal yazır:

"Mərhum (İbrahim) xan Qarabağa gəlib hökumət taxtında oturduğu zaman vilayətin əhalisi qəhətlik və məşəqqət nəticəsində var-yoxdan çıxıb olduqca pərişan idilər. Ellərin çoxu Gürcüstan, Gəncə, Şirvan və hətta Rum vilayətlərinə dağılıb getmiş, mal-dövlətləri qarət olunmuşdu".

1799-cu ildə Şirvanda taun xəstəliyi baş verdi, sonrakı ilin başında Dərbənddə taxıl qıtlığı oldu. Xanların ara savaşları xeyli adamı dinc əməkdən ayırır, iqtisadiyyata ağır zərbə vururdu. Hərbi xərclər əhalinin üzərinə düşür və onu var-yoxdan çıxararaq narazılıq yaradırdı. Abbasqulu Ağa yazır ki, Şeyx Əli xan Qubanı Surxay xandan geri almaq üçün Dağıstanın Tarki, Aqquşa və Qoysuboy mahallarından köməyə çağırdığı 10000 ləzgini, rəqibini əzdikdən sonra, altı ay Qubada qonaq saxladı. Onların tələbatı üzündən qubalılara çox haqsızlıqlar edildi:

Hətta əhalidən diş kirayəsi belə alınırdı. Şeyx Əli xan 8000 nəfərin məsarifini Quba maliyyatından verib, qalan 2000 nəfər ləzgini Dərbəndə gətirdi ki, onların maaşlarını da oranın mədaxilindən ödəsin".

Beləliklə, Ağa Məhəmməd şah Qacarın öldürülməsindən sonra kəskinləşən ara savaşları ölkəni gücdən salır, onu ağır sosial-iqıisadi duruma sürükləyərək qapıları yabançı qüvvələrin üzünə açırdı. Nadir şahın ölümündən sonra müstəqil və yarımmüstəqil xanlıqlar yaranmışdısa, Ağa Məhəmməd Qacarın ölümündən sonra bu xanlıqların, başqa sözlə, Azərbaycan səltənətinin bütün varlığı böyük təhlükə qarşısında idi.

XVIII yüzilin sonu – XIX yüzilin başlangıcında beynəlxalq münasibətlərə öz möhürünü qoymuş ən mühüm olay heç şübhəsiz ki, Fransa inqilabı (1789-1794) olmuşdur. Bu inqilabın bütün Avropada despotizmə və mütləqiyyətə son qoymağı hədəfləyən məramı Avropanın bütün monarxlarını bərk təşvişə salmışdı ki, bu da fransızlara qarşı bir birlik meydana gəlməsinə səbəb olmuşdu. 1794-cü il 9 termidor çevrilişindən sonra Fransa burjuaziyasının Avropada və Aralıq dənizi hövzəsində geniş işğalçılıq siyasəti yeritməsi Mərkəzi və Şərqi Avropa dövlətlərinin Fransaya qarşı yönələn siyasətini daha gücləndirdi. 1798-ci ilin sonunda Rusiya, İngiltərə və Avstriyanın iştirakı ilə Fransaya qarşı yeni birlik yarandı. Bu çağa kimi ənənəvi müttəfiqlər sayılan Fransa ilə Osmanlı arasında savaş düşməsi sonuncunu Rusiyaya yaxınlaşdırdı. Tarixdə ilk dəfə olaraq Türkiyə ilə Rusiya arasında 1799-cu il yanvar ayının 3-də İstanbulda ittifaq müqaviləsi imzalandı. İngiltərə, Neapol krallığı bu ittifaqa qoşuldu. Fransanın Şərq siyasətinə qarşı da blok yarandı. Rusiya, İngiltərə və Avstriyanın Fransaya qarşı 1798-1799-cu illərdə apardığı savaş ara verdikdən sonra beynəlxalq münasibətlərdə yeni dəyişiklik baş verdi.

1801-ci ilin martında I Pavelin öldürülməsilə Rusiya-İngiltərə münasibətləri nizama salındı. Süqut erməkdə olan Azərbaycan səltənəti üzərində nüfuz uğrunda mübarizə genişləndi. İngiltərə ilə Napoleonun Misirə qoşun çıxarması ilə bağlı Оsмаnlı hökuməti artıq 1798-ci illn sеntyabrında Rus donanmasının İstanbul boğazına girməsinə icazə vermişdi. Bu donanma buradan 30 Türkiyə hərb gəmisi ilə birlikdə yunan adalarına doğru hərəkət etdi. "Padişah-i Al-i Osman həzrətləriylə

bütün rusiyalıların İmperatoru arasında" bağlanmыш əbədi ittifaq üzrə iki dövlətdən "birinin dostu o birinə əbədi dost, düşməni isə o birinə düşmən olacağı" bildirilir, Avstriya, İngiltərə və Prussiya bu ittifaqa qoşulmağa dəvət edilirdi. "Türkiyə-Rusiya İttifaqı" 8 ilə bağlanmış olsa da, bir il içərisində qüvvəsini itirmiş oldu. Napoleonun Misirdən getməsi, onunla I Pavelin yaxыnlaшması ilя bu "əbədi ittifaq" dəyərsiz bir kağıza çevrildi. 1799-cu ilin oktyabrında Rusiya donanması Qara dənizə döndü.

Cənubi Qafqazdakı mürəkkəb vəziyyət Rusiyanın işğalçı planlarının bu bölgdə həyata keçirilməsini obyektiv olaraq asanlaşdırırdı. Rusiyanın bu yerləri işğal etməsi Böyük Britaniyanın Şərqdə təsirinə, Ost-hind kompaniyasının inhisarına ağır zərbə endirə bilərdi. Qərbi Avropa dövlətlərinin də, xüsusən İngiltərə və Fransanın Cənubi Qafqaz barədə işğalçı planları var idi. Onlar Rusiyanın bu ərazidə zəifləməyən hərəkətlərini diqqətlə izləyir və çarizmin planlarına mane olmağa çalışırdılar. 1800-cü ilin sonunda Azərbaycana gələn İngiltərə nümayəndəsi Malkolm 1801-ci ilin əvvəlində Qacar höküməti ilə müqavilə bağladı. Siyasi və ticarət müqavilələrini bağlamaqla İngiltərə Qacar dövlətinin daxili işlərinə qarışmaq imkanı əldə etdi. İngiltərə hər hansı dövlətin Qacarların əlində olan ərazilər üzərinə hücum edəcəyi təqdirdə şaha lazımi qədər xidmət heyətilə birlikdə tələb olunan miqdarda hərbi xərc verməyi öz üzərinə götürürdü.

Çar hökuməti belə hesab etdi ki, bu müqavilə ilk növbədə Rusiyaya qarşı yönəldilmişdir, ona görə də öz planlarının həyata keçirilməsinə hazırlaşdı. Lakin I Pavelin öldürülməsindən və I Aleksadrın hakimiyyətə gəlməsindən sonra rəqiblərin qüvvələr nisbəti dəyişdi. I Aleksadr Fransa ilə əlaqələri qırdı və İngiltərə ilə yaxınlaşdı. Bu dövrdə genişlənmə siyasəti yeritməkdə olan Fransanın mövcudluğu şəraitində Rusiya ilə yaxınlaşmağı yüksək qiymətləndirən İngiltərə artıq Qacarları açıq şəkildə müdafiə edə bilmirdi.

İngiltərə ilə yaxınlaşmasına baxmayaraq, I Aleksadr Cənubi Qafqaz barədə öz planını həyata keçirməyi qərara aldı. O, hər şeydən əvvəl, Həştərxan-Dərbənd-Bakı vasitəsilə rus qoşunlarının 1799-cu ildə yenidən daxil olduğu Tiflis (Kartli – Kaxetiya) xanlığının Rusiyaya birləşdirildiyini elan etdi. Xanlığın ərazisində rus qoşunları baş komandanı və mülki hakim tərəfindən idarə edilən Tiflis quberniyası yaradıldı. Beləcə, Azərbaycanın tarixən ayrılmaz tərkib hissəsi olan Tiflis və ətrafı rəsmən Rusiyaya birləşdirildi.

I Aleksadr bəzi xanların artıq Rusiya himayəsini qəbul etməyə məcbur olması ilə yetinməyərək, digər xanlıqları da, ilk növbədə Azərbaycanın Xəzəryani vilayətlərini ələ keçirməyi qərara aldı. O, 1801-ci ilin dekabrnda Qafqaz qoşunlarının baş komandanı general Knorrinqə belə bir göstəriş göndərdi:

...Qonşu hakimlər və xalqlarla münasibət saxlayaraq, Rusiya tərəfdarlarınınn sayını artırmağa çalışmalı. Xüsusən də üzərlərində hələlik Baba xanın (Fətəli şahın) hakimiyyəti yaranmamış İrəvan, Gəncə, Şəki, Şirvan, Bakı və başqa xanları cəlb etməli”.

General Knorrinq həmin göstərişdən çıxış edərək, 1802-ci ilin sentyabr-dekabr aylarında Quzey Qafqazda yerləşən Georgiyevsk şəhərində Quba və Lənkəran xanlıqlarının nümayəndələri, eləcə də Tərki şamaxılı, Qara Qaytaq usmisi, Tabasaran hakimi və digər dağlı hakimlərin nümayəndələri ilə görüş keçirdi. Digər xanlıqların nümayəndələri görüşdə iştirak etmirdi. Çünki buna qədər Qacar şahının nümayəndəsi İbrahimxəlil xanın yanına gələrək Qarabağın tabe olmasını tələb etmişdi. Bakı xanına da belə tələb verilmişdi.

Məlumat üçün bildirək ki, Ağa Məhəmməd şahla başlayan Qacarlar sülaləsi (1749-1925) son azərbaycanlı – türk imperatorluq sülaləsi olmuşdur. Üst - üstə 7 şahın hökmranlığını əhatə edən bu sülalənin hakimiyyəti dövründə, Səfəvilər və Nadir şah dövrlərindən fərqli olaraq, əslində, Azərbaycan imperaorluğundan deyil, İran və Azərbaycan konfederasiyasından danışmaq daha doğrudur. Fakt budur ki, həmin dövrdən etibarən imperatorluq artıq “Azərbaycan səltənəti” (Azərbaycan İmperatorluğu) deyil, “Məmaliki məhruseyi İran və Azərbaycan” (İran və Azərbaycan ölkələri konfederasiyası) və ya sadəcə “Məmaliki məhrusə” (konfederasiya, birləşmiş dövlələr), adlanır, Qacar şahları isə “şahe - məmaliki məhruseyi İran və Azərbaycan” və ya “şahe - məmaliki məhrusə” titulu daşıyırdılar.


3. 2. Rusiyanın işğalçılıq siyasəti sənədlərin dili ilə


Georgiyevskidəki danışıqlar düz dörd ay davam etdi və Rusiyanın xeyrinə başa çatdı. 1802-ci il dekabrn 26-da tərəflər arasında müqavilə imzalandı. İmzalanmış sənədə görə, onu imzalayanlar Qacar hökumətinin hücum edəcəyi təqdirdə ona qarşı birgə çıxmağı öz öhdələrinə götürürdülər. Sənəd Güney Qafqazda ticarətin genişləndirilməsini. Xəzər dənizində gəmiçiliyin inkişaf etdirilməsini və s. nəzərdə tuturdu. Müqavilədə deyilirdi ki, onu imzalayanlar ― onların öz xahişlərinə görə Rusiyanın himayəsinə qəbul olunurlar. Bundan sonra çar hökuməti Georgiyevsk müqaviləsinə mənfi yanaşmış xanlıqların ərazilərini zəbt etmək üçün hazırlığa başladı.

Məhərrəm Zülfüqarlı “Azərbaycan tarixinə yeni baxış” adlı kitabnda haqlı olaraq bildirir ki, 1802 – ci ildən Qafqazdakı rus qoşunlarının baş komandanı P. Sisianovun Gəncə üzərinə hücum ərəfəsi Cavad xana göndərdiyi məktublar rus imperiyasının işğalçı, müstəmləkə siyasətinin bariz nümunələridir. Bu məktublar “Qafqaz arxeologiya komissiyası aktları”nın 1868 – ci ildə Tiflisdə çap olunmuş ikinci cildində nəşr edilmişdir:

“Bu cür kitablar çar Rusiyasının xarici siyasətinə haqq qazandırmaq məqsədilə nəşr olunduğuna görə buradakı məlumatlara tənqidi yanaşılmasına ehtiyac var. Lakin məktubların orjinalı ilə tanış olmaq imkanımız olmadığına görə bu kitaba istinad etmək məcburiyyətindəyik. Məktublar o dövrə məxsus müxtəlif təriflərlə, xoş sözlərlə dolu cümlələrlə tərtib olunmasına baxmayraq bu sənədlərdə çar Rusiyasının işğalçı siyasətini açıq-aydın görmək olur”.

Məlumat üçün bildirək ki, P. Sisianovun Cavad xana yeddi məktub göndərmişdir. Biz də həmin məktubların orijinalı ilə tanış deyilik və cənab Zülfüqarlının sözügedən kitabında təqdim edilmiş məktublara istinad etmək məcburiyyətindəyik. Qeyd etməliyik ki, bu məktublarda Azərbaycan-Qacarlar dövləti rus dilində hər yerdə əski ənənəyə dayanılaraq, “Persiya” adlandrırlır və onları Azərbaycan türkcəsinə çevirmiş M. Zülfüqarlı Azərbaycan tarixşünaslığında qəbul olunmuş yanlış konsepsiyaya uyğun olaraq, “Persiya” kəlməsini hər yerdə “İran” kimi tərcümə etmişdir. Biz bu mövqe ilə qətiyyən razı olmasaq da, müəllifin əməyinə hörmət əlaməti olaraq, onun trcüməsini redaktə etməməyə və olduğu kimi saxlamağa qərar verdik.

Qeyd edilməlidir ki, rus və Avropa mənbələrində Azərbaycan səltənəti əsrlər boyu yanlış olaraq “Persiya” adlandırılırdı. Çox təəssüflər olsun ki, bu gün həmin mənbələr ana dilimizə tərcümə edilərkən, “Persiya” ifadəsi yanlış olaraq “İran” kimi tərcümə edilir və bu da oxucularda həmin əsrlərdə guya İran adlı dövlətin olmuş olması barədə yanlış təsəvvür yaradır. Həqiqət isə budur ki, bu gün İran kimi tanıdığımız dövlət, bu adı 1936-cı ildən daşıyır və çox qədim dövrlərdə bu ad Əfqanıstan ərazilrinin adı olmuşdur. “Persiya” adına gəlincə isə hələ XVl əsrdə Səfəvilərin İspaniyadakı səfiri olmuş Oruc bəy Bayat yazmışdır ki, avropalılar bizim səltənəti yanlış olaraq Persiya, yəni Fars adlandırırlar, halbuki Fars bizim səltənətin yalnız və yalnız bir əyalətidir. O, səltənətin mərkəzinin Azərbaycan olduğunu da vurğulamış və bu zaman bir italyan müəllifindən sitat gətirmişdir.

Bununla belə, XVlll əsrdə Nadir şahın ölümündən sonra Azərbaycan səltənətinin farslar və digər irandilli xalqlar yaşayan hissəsində hakimiyyəti ələ keçirən, eləcə də Tehrana da müvəqqəti sahib olmağı bacaran milliyyətcə lor Kərim xan Zənd əlində olan torpaqları İran, özünü isə İran şahı elan etdikdən sonra həmin ərazilərin adı İran kimi tanınmağa başladı və bu hal Ağa Məhəmməd şah Qacarın Zəndilərin hakimiyyətinə son verməsinə qədər davam etdi. İlk Qacarlar isə eynən Elxanlı, Çobani, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi şahları və Nadir şan Əfşar kimi özlərini Azərbaycan şahı, Qacarlar isə Azərbaycan və İranın birləşmiş məmləkətlərinin (xanlıqlarının) hökmdarı adlandırırdılar. Bu halda İran adı sadəcə farslar və bəzi irandilli xalqlar (bəxtiyarilər, lorlar və mazandaranlılar) yaşayan ərazilərin adını ifadə edirdi.

Birinci məktub Tiflisdə 25 fevral 1803 – cü ildə yazılmışdı. Məktubda deyilir:

Hörmətli məmurunuz Gürgün bəylə göndərdiyiniz məktubu aldım. Orada Sizin dinc, müttəfiq və dostcasına qonşuluq əlaqələri saxlamaq meylinizi gördüm. Bu sözləri sidq – ürəklə yazıldığını qəbul edərək Sizin şəxsi rifahınız üçün qəlbən sevinir və yenilməz qalacaq bu rifahınız münasibətilə Sizi təbrik edirəm. Zira Sizi və sizin xalqı… lütfükar rus imperatoru öz himayəsinə götürür. Sizin etimadınızın qarşılıqlı keçəcəyinə təbəəliyinizin Gürcüstanla əlaqəli bütün işlərində şahid olacaqsınız. Gürcüstanda, eləcə də sərhəd qoşunları ilə bağlı hər hansı bir məsələ Sizin rəyinizlə, yalnız Sizin icazəniz… alınandan sonra qəti və qanuni qaydada yoluna qoyulacaqdır. Çünki əlahəzrət hökümdarım məndən bunu tələb edir. Lakin Sizin şərafətli etimadınızın… ən gözəl zəmanəti o olardı ki, xahişimizi nəzərə alaraq yüksək mənsəbli böyük oğlunuz Uğurlu ağanı əmanət kimi Tiflisə göndərəydiz. O, burada ləyaqətinə və mənsəbinə müvafiq etiram və hörmət sahibi olacaqdır. Bu təmənnam yerinə yetirilsə, onu Gəncə ilə Gürcüstan arasında heç bir ayrı – seçkiliyin olmayacağı barədə xeyirxah vədinizin əməli timsalı kimi qəbul edəcəyəm. Bundan əlavə, Sizin ucalığınıza bəslədiyim dostcasına münasibətimin kiçik rəmzi kimi mehriban Gürgün bəylə hər biri on arşınlıq məxmər və atlas hədiyyə göndərir və həmişə qulluğunuzda hazır olduğumu bildirirəm.»

Şəmkirdə yazılmış 29 noyabr 1803 – cü il tarixli ikinci məktubda deyilir:

“Gəncə torpağına qədəm basıb bu gəlişimin səbəblərini Sizə bildirirəm. Birincisi və başlıcası: Gəncə və onun ətrafı şahzadə Tamaranın hakimiyyəti dövründə Gürcüstana mənsub idi, sonra Gürcüstan çarlarının zəifliyi üzündən ondan ayrılıb. Ümumrusiya imperiyası isə indi Gürcüstanı özünün hər şeyə qabil himayəsi altına aldığından onun parçalanmasına biganə qala bilməz. Allahın gücü və qüdrəti sayəsində yaranmış rus imperiyası heç vəclə Gürcüstanın ayrılmaz bir parçası olan Gəncəni yadların əlində qoymaz.

Ikincisi: Gürcüstana gələrkən yazdığım məktubuma (həmin məktubda oğlunuzu əmanət kimi verməyi təklif etmişdim) yolladığınız cavabda yazırsınız ki, Iran padşahından ehtiyat edirsiniz. Lakin unudursunuz ki, altı il bundan əvvəl Siz Rusiyanın tabeliyindəydiniz və Gəncə qalasında şöhrətli Ümumrusiya ordusu dururdu.

Üçüncüsü: Adamlarınızın qarət etdikləri Tiflis tacirləri Sizin uca həşəmətiniz tərəfindən razı salınmamışdır.

Həmin üç səbəbə görə də mən öz ordumla gəlmişəm ki, şəhərinizi Avropa adəti üzrə tutum. Basqına, insan qanı tökməyə başlamazdan əvvəl etiqadıma və məzhəbimə görə təklif etməliyəm ki, şəhəri dava – dalaşsız təhvil verəsiniz. Sizdən ikicə söz tələb edirəm. Birin seçin: «hə», yaxud «yox». Yəni təslim olursuz, ya yox? Yəqin məlumdur ki, belə pis havada ordu götürüb buralara gəlmişiksə, deməli, innən belə heç bir müqavilə bağlanıla bilməz. Buna görə də Sizin təslim olmağınızı qabaqcadan müəyyən etmişəm və yalnız onda mənim lütfükar padşahımın sonsuz şəfqət və mərhəmətini görəcəksiz.

Yox, imtina etsəniz, bəxtinizdən küsün. Vaxtilə Izmayıl, Varşava və bir çox digər şəhərlərin aqibəti belə olmuşdu. Sabah günortayadək cavab almasam, od – alov yağacaq. Gəncəyə qılınc və atəş gətirmişəm. Onda görəcəksiniz ki, sözümün üstündə necə dura bilirəm.»

Sisianovun məktubuna cavab olaraq Cavad xan 1803 – cü il 29 noyabrda ona aşağıdakı məktubu göndərmişdir:

Məktubunu aldım. Yazırsan ki, şahzadə Tamaranın dövründə Gəncə Gürcüstandan asılı olmuşdur… Bu rəvayətə heç kim inanmaz. Lakin əcdadlarımız Abbasqulu xan və başqaları Gürcüstanı idarə edirdilər. Əgər inanmırsansa, yerli qocalardan soruş. Hələ indiyədək Gürcüstanda onun məscid və dükanları qalır, bir çox gürcüdə əmrləri mühafizə edilir. Iraklinin və atamızın dövründə Gəncə və Gürcüstanın sərhədləri dəqiqləşdirilib. Bununla belə, əgər desəm ki, ata – babalarım Gürcüstanda vali olublar, heç kim buna yaxşı baxmaz və heç kəs də Gürcüstanı mənə qaytarmaz.

Bir də yazırsan ki, altı il bundan əvvəl Gəncə qalasını rus padşahına vermisən. Bu doğrudur. Onda sizin padşah mənə fərman göndərmişdi və mən onun təklifini qəbul etdim. Əgər indi belə bir fərman varsa, mənə göstər. Palşahın iradəsini bilsəm, götür – qoy edərəm.

Bir də yazırsan ki, guya əvvəllər mən Gürcüstan tabeliyində olmuşam. Padşahın fərmanı indi də əlimdədir. Bax, gör, orada mən necə adlanıram: Gəncə bəylərbəyi, yaxud Gürcüstan vassalı? Buradan aydın olur ki, sözlərin tam yalandır.

Bundan başqa, Gəncəni sənin padşahına verəndə Iran şahı Xorasanda idi və əlim ona çatmadığı üçün mən də böyük müstəbid kimi rus padşahına tabe olmağı lazım bildim. Indi isə Allaha şükür, Iran şahı yaxınlıqdadır, onun göndərdiyi baş komandan artıq burdadır. Əsgərlər də gəlirlər…

Müharibə etmək niyyətindəsənsə, mən hazır! Əgər öz toplarınla öyünürsənsə, mənimkilər ondan heç də geri qalmır, sizdə top lüləsinin uzunluğu bir arşındırsa, bizdə 3 – 4 arşındır, uğur isə allahın əlindədir. Haradan bilirsən ki, döyüşçüləriniz Iran əsgərlərindən qoçaqdırlar? Siz yalnız öz savaşınızı görmüsüz, iranlıların hünərindən isə xəbərsizsiz. Mənə müharibəyə hazır olmağı təklif edirsən? Sən Şəmşəddilə girən gündən müharibəyə hazıram. Savaşmaq istəyirsənsə, savaşaq. Hədələyirsən ki, təklifini qəbul etməsəm, bəlaya düçar olaram. Əslində bədbəxtlik səni Peterburqdan izləyə – izləyə bura çəkib gətirib. Bunu zaman, bir də savaş göstərəcək».

Cavad xanın cavabından bir gün sonra, yəni 30 noyabr 1803 – cü il tarixdə Sisianov Gəncədə yaşayan albanlara müraciət qəbul etdi. Müraciətdə deyilirdi:

Qalib Ümumrusiya ordusu ilə Gəncə torpağına daxil olarkən, hamınızı lütfükar rus hökümdarının adından əmin edirəm ki, Ümumrusiya taxt – tacının müdafiəsi üçün qalxan hər kəs özünün və əmlakının təhlükəsizliyinə tam təminat alacaq, müsəlmanların soyğunçuluğundan, hər cür təqib və sıxışdırmalardan canınız qurtaracaq, sizə Gürcüstanın hər hansı bir guşəsində rus dövlətinin sakini kimi asudə yaşamaq hüquq veriləcəkdir”.

M. Zülfüqarlının yazdığına görə, bu müraciətdən sonra Sisianov Cavad xana daha beş, 9, 11, 26, 28 və 29 dekabr 1803 – cü il tarixli məktublar ünvanlanmışdı və hər növbəti məktubda yekəxanalıq, hədə – qorxu, diplomatik qaydalara uyğun olmayan təhqiramiz fikirlər daha kəskin şəkildə irəli sürülürdü.

9 dekabr 1803 – cü il tarixli məktubda deyilirdi:

Həşəmətli Ümumrusiya ordusunun generalı, Gürcüstan, Həştərxan və Qafqazın baş komandanı, Xəzər donanmasının rəisi, bir çox ordenləri olan knyaz Sisyanov, Avropa adəti üzrə Siz zati – alidən, Gəncə xanı Cavad xandan bir daha soruşur: qalanı rus ordusu rəisinin ixtiyarına təslim edirsiniz, ya yox? Cavab sabah səhər tezdən təcili gəlməlidir və qasid öz əmin – amanlığı naminə əlində ağ yaylıq tutmalıdır”.

Bu məktubdan iki gün sonra, yəni 11 dekabrda göndərilmiş məktubda Gəncənin təslim edilməsi tələbi daha sərt qoyulmuşdu:

Knyaz Sisianov əlahəzrət Cavad xana bildirir ki, onun məktubunu alıb, ona heç bir qeyd – şərt qoymur, lakin səmimi – qəlbdən məsləhət görür, sabah lütfükar padşahın təntənəli günüdür və zati – ali həmin gün şəhərin açarını öz oğlu Hüseynqulu ağa ilə mütləq göndərsin. Şəhərin rus ordusu rəisinə təslim edilməsi əlaməti kimi Hüseynqulu ağa əmanət saxlanmalıdır. Onda Cavad xan Gəncəli mərhəmətli padşahımızın xoşbəxtlik və firavanlıq səltənətinə düşəcəkdir. Yox, əgər bu tələb sabah naharadək yerinə yetirilməsə, savaş qızışacaq. Bunu görmək nə qədər ağır da olsa, rus ordusunun rəisi ulu Allaha and içir ki, qan su yerinə axacaqdır.”

26 dekabr1803 – cü il tarixli məktubda deyilir:

Zati – ali Cavab xan Gəncəlidən aldığım məktubda o, qazaxlı Məhmədi çaydan bəri taya keçməyini xahiş edir. Qazaxda nə çoxdu Məhməd. Ona məhz hansı Məhmədin lazım olması bilinmir. Bununla belə, rus ordusu generalının ona olan tələbi məlumdur. Məktubun içində həmin tələbə cavab hökmən olmalıydı. Dünyada kim eşidib ki, rus qoşunu qalaya gəlsin, lakin onu ələ keçirmədən çıxıb getsin? Təslim olanları bağışlayıram. Lovğaları isə qanlarına qəltan edəcəyəm. Allah göstərəcək ki, Gəncə kimin əlində qalacaq”.

28 dekbr 1803 – cü il tarixli məktub:

“…

Mən öz etiqadıma görə Asiya məğrurluğuna nifrət edirəm. Sel kimi axacaq qan vicdanımı ağrıtmasın deyə, Sizə təkidlə bildirirəm: Avropa adətləri mühasirədə olanları barışmağa çağırmağa imkan verir. Müəyyən vaxt ayrılır ki, onlar

ağıllarını başlarına yığsınlar, qasidlər şərtləri tərəflərə yetirirlər. Onlar ya qəbul, ya da rədd olunur. Həmin vaxt keçəndən sonra ya savaş başlanır, ya da müəyyən şərtlərlə şəhər təslim edilir. Biz dörd qalanı belə almışıq. Allah görür ki, qan – qadaya mənmi baisəm, yoxsa sən? Bu məktubuma elə bu gün cavab verilməlidir”.

Hədə ilə dolu bu məktuba Cavad xan həmin gün aşağıdakı cavabı vermişdi:


:

2016
2016 -> Ali məktəb psixologiyası
2016 -> Uğura İnan Dizayn cdr
2016 -> Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti Magistratura Mərkəzi Hacıyev Tural Eldar oğlu
2016 -> []
2016 -> Məsələ №1. Xəstə 21 yaşında kişi. Anamnez vitae
2016 -> Suallar: Diaqnostika taktikası: Ən optimal diaqnostik və ya əlavə müayinə metodu hansıdır?
2016 -> Nevrologiya Məsələ №
2016 -> Anamnez alma öğr. Gör. Sinan yenal
2016 -> Gangguan Kepribadian Tingkat kompetensi 2


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


iii-okonchanie-proceduri-.html

iii-otchetno-vibornoj.html

iii-performance-tests-and.html

iii-plan-realizacii.html

iii-politika-v-oblastta-2.html