1 2 3 4 5 6 7 8 9 ... 16

III-cü Fəsil Hacət və qəm-qüssəni aradan qaldırmaq

səhifə4/16
tarix14.06.2018
ölçüsü0.93 Mb.

III-cü Fəsil

Hacət və qəm-qüssəni aradan qaldırmaq.


45 – Hacətin həyata keçməsi

Allahın Rəsulu (səllallahu əleyhi və alihi) buyurdu:

“Sizin mənə salavat göndərməyiniz, sizin hacətlərinizin həyata keçməsinə səbəb olar. Allahı sizdən razı edər və sizin əməllərinizi pakizə edər.”

46 – Yüz hacətin həyata keçməsi

Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu:

“Hər kəs Muhəmməd və Ali Muhəmmədə

(Allahummə

səlli

əla

Muhəmməd

ali

Muhəmməd)

yüz dəfə salavat göndərsə, Allah onun yüz hacətini həyata keçirər.”

47 – Qəm-qüssənin aradan qalxması

Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu:

“Ey Əli! Hər vaxt bir iş səni kədərləndirsə, de: İlahi! Yatmayan gözlərinlə mənə gözətçi ol, məni təcavüzə məruz qalmamaq üçün öz himayət kölgəndə qərar ver. Səndən Muhəmməd və ali Muhəmmədə

(Allahummə

səlli

əla

Muhəmməd

ali

Muhəmməd)

salavat göndərməyini istəyirəm və sənin tükənməz gücünlə düşmənlərin və zülmkarların boğazını yırtaram.”

48 – Hacətin qəbul olması

Əmirəl-mö`minin Əli (əleyhis-səlam) buyurdu:

“Hər kəs üç dəfə desə: “Allahummə səlli əla Muhəmməd (səlləllahu əleyhi və alihi)in və ali Muhəmməd (səlləllahu əleyhi və alihi)i” Allah onun hacətini həyata keçirər.”

49 – Həzrət Peyğəmbərə (səlləllahu əleyhi və alihi) təvəssül etmək

Qəm-qüssə gətirən hadisələr aşkar olan bir vaxtda əziz İslam Peyğəmbərinə (səlləllahu əleyhi və alihi) təvəssül etmək ən gözəl sığınacaqdır. O Həzrətə təvəssül etmək 40 gün ardıcıl olaraq bu duanı 92 yaxud 132 dəfə zikr etməkdən ibarətdir. Dua belədir

“Allahummə

səlli

ələn-nəbiyyir-rəhməti

şəfiul-ümməti

kaşiful-ğəmmihi

Muhəmmədin

alihi

əcməinə.”

Bu çox təcrübə olunmuş əməllərdəndir.

50 – Çətinliklərdən xilas olmaq

iz

nəccaynakum

min

ali-Fir`oni”

ayəsinin təfsirində gəlmişdir:

Bəni-İsrail “Muhəmməd (səlləllahu əleyhi və alihi) və onun Əhli-Beytinə” salavat zikr etməklə Fir`onun yaratdığı çətinliklərdən və Fir`onun xidmətçiləri tərəfindən qərar verilmiş çətinlik və əziyyətlərdən nicat tapırdılar. Bəni-İsrail Fir`onun məcbur qoyduğu işin nəticəsində taqətdən düşürdülər, o vaxta qədər ki, Allah tərəfindən Musa (əleyhis-səlam)-a vəhy oldu ki, onlara (Bəni-İsrailə) “Muhəmməd (səlləllahu əleyhi və alihi) və Əhli-Beytinə” (səllalahu əleyhi və alihi) salavat göndərməyi öyrət ki, onların çətinliklərinin yüngülləşməsinə səbəb olsun.

51 – Duanın başlanğıcında salavat

İmam Sadiq (əleyhis-səlam) buyurdu:

“Sizin hər birinizə lazımdır ki, böyük və əzəmətli Allahın qarşısında hacətinizi aşkar (bildirən) edən zaman İlahi sitayişlə başlasın və Peyğəmbər (səlləllahu əleyhi və alihi) və onun Əhli-Beytinə tə`rif desin. Sonra isə öz təqsir və günahlarını e`tiraf edərək Allahdan hacətini istəsin.”



Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


iiinternational-162.html

iiinternational-167.html

iiinternational-171.html

iiinternational-176.html

iiinternational-180.html