1 2 3 4

III fəsil Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin - İcbari sığortalar haqqında

səhifə4/4
tarix02.11.2017
ölçüsü279.35 Kb.

III fəsil

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin

icbari sığortası


Maddə 50. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari

sığortasının məqsədi və təyinatı

50.1. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.

50.2. Aşağıdakı avtonəqliyyat vasitələrinin istifadəsi ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası icbaridir:

50.2.1. Mühərrikinin silindrlərinin həcmi 50 sm3-dən artıq olan aşağıdakı avtonəqliyyat vasitələri:

50.2.1.1. minik avtomobilləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri;

50.2.1.2. yük avtomobilləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri;

50.2.1.3. mikroavtobuslar, avtobuslar və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri; 50.2.1.4. motosiklеtlər

və motorollerlər

;

50.2.1.5. traktorlar, yol-tikinti işlərində, meşə və kənd təsərrüfatında istifadə olunan avtonəqliyyat vasitələri.

50.2.2. trollеybuslar və tramvaylar.


Maddə 51. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta

müqaviləsinə dair əlavə tələb və ona xitam verilməsinin əlavə əsası

51.1. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsi yalnız bu Fəsildə nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlandığı və həmin sistemin informasiya ehtiyatında mövcud olduğu halda etibarlıdır.

51.2. Bu Qanunun Ümumi hissəsində icbari sığorta müqaviləsinə xitam verilməsi ilə bağlı nəzərdə tutulmuş müddəalar avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinə, bu Qanunun 51.3-cü maddəsi nəzərə alınmaqla şamil edilir.

51.3. Bu Qanuna uyğun olaraq bağlanmış avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətin icbari sığortası müqaviləsinin aid olduğu əmlakın özgəninkiləşdirildiyi hər bir halda həmin icbari sığorta müqaviləsinə xitam verilir.

Maddə 52. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari

sığortası üzrə sığorta hadisəsi

52.1. Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur.

52.2. Avtonəqliyyat vasitəsinin istifadəsi dedikdə avtonəqliyyat vasitəsinin hərəkəti ilə bağlı onun istismarı nəzərdə tutulur. Avtonəqliyyat vasitəsində quraşdırılmış, lakin onun yol hərəkətində iştirakı ilə birbaşa bağlı olmayan avadanlıqların istismarı avtonəqliyyat vasitəsinin istifadəsi hesab edilmir.



Maddə 53. Mülki məsuliyyəti icbari sığorta etdirilməli olan avtonəqliyyat

vasitəsi sahibləri, sığortalı və sığorta olunan

53.1. Mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarəyə götürmüş və ya еtibarnamə əsasında idarə еdən, yaxud digər qanuni əsaslarla istismar еdən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hеsab olunurlar.

53.2. Avtonəqliyyat vasitəsinin sahibi mülkiyyətində olan, avtonəqliyyat vasitəsi lizinq predmeti olduqda, lizinq müqaviləsi əsasında istifadə etdiyi avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxslərə dəyə biləcək zərərlə bağlı həmin avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini, bu Qanunun 8.3-cü maddəsini nəzərə almaqla, icbari qaydada sığorta etdirməlidir.

53.3. Avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini icbari sığorta etdirərək sığorta haqqı ödəyən və müvafiq icbari sığorta müqaviləsinin tərəfi olan şəxs sığortalı hesab edilir.

53.4. İcbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir.

Maddə 54. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari

sığortası üzrə üçüncü şəxslər

Bu Qanunun 7-ci maddəsində müəyyən edilmiş istisna nəzərə alınmaqla,

müvafiq icbari sığorta müqaviləsinin tərəfi olmayan, sığortalının və ya sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən şəxslər, o cümlədən avtonəqliyyat vasitəsindəki sərnişinlər, onlar öldükləri halda, ailə üzvləri bu Fəslin məqsədləri üçün üçüncü şəxs sayılırlar.

Maddə 55. Xarici ölkədə qeydiyyata alınmış və Azərbaycan Respublikasına

tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri ilə bağlı icbari

sığorta müqaviləsinin müddəti

Azərbaycan Rеspublikasının ərazisinə tranzit məqsədilə daxil olan xarici ölkədə qeydiyyata alınmış avtonəqliyyat vasitələrinin sahibləri ilə müvafiq icbari sığorta müqavilələri bir ay müddətinə bağlanılır.

Maddə 56. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari

sığortası üzrə sığorta məbləğləri

56.1. Üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir:

56.1.1. fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat;

56.1.2. üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat.

56.2. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsi üzrə sığorta məbləğləri müvafiq sığorta ödənişlərinin həyata keçirilməsindən asılı olmayaraq, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişmir.



Maddə 57. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari

sığortası üzrə sığorta haqları

57.1. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası

üzrə sığorta haqqı məbləğlərinin hesablanması qaydası sığorta nəzarəti orqanı tərəfindən müəyyənləşdirilir.

57.2. Bir ay müddətinə bağlanmış icbari sığorta müqavilələri üzrə sığorta haqqı müvafiq illik sığorta haqqının 25 faizi nisbətində ödənilir.

Maddə 58. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari

sığortası üzrə sığorta ödənişi

58.1. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta ödənişinin verilməsi üçün bu Qanunun 17.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq sənədlərlə yanaşı, sığorta olunanın sürücülük vəsiqəsinin surəti də tələb olunur. 58.2. Bu Qanunun 17.1.4-cü maddəsinə uyğun olaraq, sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən müvafiq icra hakimiyyəti orqanın verdiyi yol-nəqliyyat hadisəsi haqqında arayış aşağıdakı şərtlərin hər birinin mövcud olduğu hallarda, habelə hadisə iştirakçılarının tərtib etdiyi və həmin şərtlərin mövcudluğunu təsdiq edən protokolu sığortaçıya təqdim etmələri şərtilə tələb olunmur:

58.2.1. Hadisə ikidən artıq olmayan avtonəqliyyat vasitəsinin iştirakı ilə baş verdikdə və hadisənin baş verdiyi anda hər iki avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyəti bu Fəsildə nəzərdə tutulmuş qaydada sığortalanmış olduqda;

58.2.2. hadisənin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadıqda;

58.2.3. hadisə nəticəsində sağlamlığa zərər dəymədikdə;

58.2.4. hadisə nəticəsində dəymiş zərərin həcminin 1000 manatdan çox olmaması hadisə iştirakçıları və sığortaçı tərəfindən ağlabatan şəkildə ehtimal edildikdə.

58.3. Bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının bu Qanunun müvafiq olaraq 14.2-ci və (və ya) 15.3-cü maddələrində nəzərdə tutulmuş qaydada zərərçəkənlərin hər birinə münasibətdə ayrı-ayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi bu Qanunun müvafiq olaraq 56.1.1-ci və (və ya) 56.1.2-ci maddələrində müəyyən edilmiş sığorta məbləğlərini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir.

58.4. Bu Qanunun 17.1.4-cü maddəsində nəzərdə tutulmuş arayışın bu Fəslin məqsədləri üçün tələb olunan forması sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilir.

58.5. Bu Qanunun 58.2-ci maddəsində nəzərdə tutulmuş protokolun forması və tərtib edilmə qaydası sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilir.


Maddə 59. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari

sığortası üzrə informasiya sistemi


59.1. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə məlumat mübadiləsinin və bu sığortanın həyata keçirilməsinə nəzarətin səmərəli təşkili məqsədilə həmin icbari sığorta üzrə, o cümlədən icbari sığorta müqavilələri və sığorta hadisələri, sığortaçılar, sığortalılar, sığorta olunanlar, zərərçəkən şəxslər və (və ya) zərərvurulan əmlak, avtonəqliyyat vasitələri və onların sahibləri haqqında, habelə müvafiq icbari sığorta müqavilələri üzrə statistik və digər məlumatları ehtiva edən vahid elektron informasiya sistemi (bundan sonra “informasiya sistemi”) qurulur və istifadəsi təmin edilir.

59.2. İnformasiya sistemi müvafiq məlumatların onun informasiya ehtiyatına internet vasitəsilə daxil edilməsi və ya qəbul olunmasını, orada aydın şəkildə, oxunaqlı vəziyyətdə saxlanılması və emalını təmin etmək imkanlarına malik olmalıdır.

59.3. İnformasiya sisteminin qurulması və istifadəsi ilə bağlı texniki-proqram kompleksinin formalaşdırılması və ona texniki xidmət sığorta nəzarəti orqanının nəzarəti altında Büro tərəfindən həyata keçirilir.
Maddə 60. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari

sığortası üzrə informasiya sisteminin məlumatlarla təchiz edilməsi


60.1. İnformasiya sisteminin qurulması və istifadəsinin təmin edilməsi zamanı həmin sistemin funksiyalarının səmərəli və vaxtında həyata keçirilməsi üçün Büro fiziki və hüquqi şəxslərdən, həmçinin dövlət orqanlarından məlumatlar, o cümlədən sığorta sirrini təşkil edən məlumatlar almaq hüququna malikdir.

60.2. Müvafiq icra hakimiyyəti orqanları öz elektron informasiya ehtiyatlarında mövcud olan aşağıdakı məlumatların informasiya sisteminə avtomatik qəbul edilməsi üçün həmin ehtiyatların informasiya sistemi ilə əlaqələndirilməsini təmin etməlidirlər:

60.2.1. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində əks olunan məlumatlar;

60.2.2. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq hüququnu təsdiq edən müvafiq icazə vəsiqələrində əks olunan məlumatlar;

60.2.3. hüquqi şəxslərin (filial və nümayəndəliyin) adı, VÖEN-i və hüquqi ünvanı;

60.2.4. avtonəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsində əks olunan məlumatlar.

Maddə 61. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari

sığortası üzrə informasiya sisteminin istifadəsinə dair əsas tələblər

61.1. Sığorta nəzarəti orqanı, müvafiq icra hakimiyyəti orqanı, Büro və Büronun iştirakçısı olan sığortaçılar informasiya sisteminin istifadəçiləri hesab edilirlər.

61.2. İcbari sığorta müqaviləsinin müvafiq məlumatların informasiya sisteminə daxil edilməsi yolu ilə bağlanması və müqavilədə əks olunan bütün məlumatların həmin sistemdə saxlanılması sığortaçı tərəfindən təmin edilməlidir.

61.3. Sığortaçı və Büro baş vermiş sığorta hadisəsinin tənzimlənməsi üçün lazım olan bütün məlumatları informasiya sistemindən əldə etmək imkanına malik olmaqla yanaşı, sığorta hadisəsinə dair informasiya sisteminin elektron qaydada tələb etdiyi məlumatları ora daxil etməli və saxlanılmasını təmin etməlidirlər.

61.4. İnformasiya sistemi sığortalının bağladığı icbari sığorta müqaviləsinin mövcudluğu barədə mobil rabitə və internet vasitəsilə təsdiqləyici bilgi almaq və həmin müqavilədə əks olunan məlumatları əldə etmək imkanını təmin etməlidir.

61.5. İnformasiya sisteminə daxil edilmiş hər hansı məlumata yalnız Büronun razılığı ilə və həmin məlumatı daxil etmiş istifadəçi tərəfindən düzəliş edilə bilər.

61.6. Məlumatı informasiya sisteminə daxil edən istifadəçi həmin məlumatı aid olduğu şəxsin tələbi ilə ona təqdim etməlidir.

61.7. İnformasiya sisteminin istifadəçiləri həmin sistem vasitəsilə əldə etdikləri fərdi məlumatların, habelə sığorta sirri hesab edilən məlumatların istifadəsi ilə bağlı qanunvericiliyin tələblərinə əməl etməməyə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.


Maddə 62. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası

üzrə informasiya sistemindən emal olunmuş məlumatların əldə edilməsi



62.1. Sığorta müqavilələri və sığorta hadisələri barədə informasiya sisteminin informasiya ehtiyatından emal edilərək ümumiləşdirilmiş məlumatları yalnız

aşağıdakı şəxslər əldə etmək imkanına malik olmalıdırlar:

62.1.1. Özlərinin bağladığı sığorta müqavilələri və öz tərəflərindən verilmiş sığorta ödənişlərinə münasibətdə Büronun iştirakçısı olan sığortaçılar;

62.1.2. İnformasiya sisteminin informasiya ehtiyatında olan bütün məlumatlara münasibətdə sığorta nəzarəti orqanı və Büro.


Maddə 63. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari

sığortası üzrə subroqasiya hüququ


63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.

63.2. Subroqasiya hüququnun bu Qanunun 25.1.5-ci, 25.1.6-cı və 25.1.7-ci maddələrində nəzərdə tutulmuş əsasları bu Fəslin məqsədləri üçün tətbiq edilmir.

63.3. Bu Qanunun 32.1.2-ci və 32.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda kompensasiya ödənişi həyata keçirdikdə, zərərçəkənin ona vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs qarşısındakı tələb hüququ həmin ödəniş həcmində Büroya keçir.


IV fəsil

Sərnişinlərin icbari fərdi qəza sığortası


Maddə 64. Sərnişinlərin icbari fərdi qəza sığortasının məqsədi və təyinatı

64.1. Sərnişinlərin icbari fərdi qəza sığortası sərnişin daşımaları xidmətini həyata keçirən hava, su, dəmiryolu və avtomobil nəqliyyatı vasitələrində olan sərnişinlərin həyatına və sağlamlığına sığorta hadisəsi nəticəsində zərər dəyməsinə görə sığorta təminatının verilməsi məqsədi ilə tətbiq edilir.

64.2. Sərnişinlərin bu Fəsildə nəzərdə tutulmuş qaydada fərdi qəza sığortası icbaridir.
Maddə 65. Sərnişinləri fərdi qəza sığortası üzrə icbari sığorta etdirməli olan

nəqliyyat vasitələrinin sahibləri


65.1. Bu Fəslin məqsədləri üçün Azərbaycan Respublikasının ərazisində, həmçinin xarici ölkələrə və ya xarici ölkələrdən qanunvericilikdə müəyyən edilmiş qaydada sərnişin daşıma xidmətlərini həyata keçirmək üçün mülkiyyətində nəqliyyat vasitəsi olan və ya belə nəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, həmçinin onu icarəyə götürmüş, yaxud digər qanuni əsaslarla istismar edən fiziki və hüquqi şəxslər nəqliyyat vasitələrinin sahibləri hesab olunurlar.

65.2. Bu Qanunun 64.1-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitələrinin sahibləri müvafiq nəqliyyat vasitəsilə daşıdıqları sərnişinləri fərdi qəza sığortası üzrə icbari sığorta etdirməlidirlər.

65.3. Bu Fəslin tələbləri şəhərdaxili və ya qəsəbədaxili sərnişin daşıyan nəqliyyat vasitələrinin sahiblərinə şamil edilmir.

Maddə 66. Sərnişinlərin icbari fərdi qəza sığortası üzrə sığorta hadisəsi

Nəqliyyat vasitəsi sərnişin daşıma xidmətini yerinə yetməsi ilə əlaqədar hərəkətdə olarkən və ya bu məqsədlə dayanacaqlarda (hava limanlarında, dəniz, dəmiryolu və ya avtobus vağzallarında, stansiyalarında, platformalarında və ya körpülərində) olarkən sığorta olunmuş sərnişinin nəqliyyat vasitəsində olduğu müddət ərzində nəqliyyat vasitəsinin istismarı ilə əlaqədar onun bədən üzvlərinin, toxumalarının zədələnməsi nəticəsində yüngül və ya ağır xəsarət alması, əmək qabiliyyətini tam və ya qismən itirməsi, yaxud ölməsi faktı sığorta hadisəsi hesab edilir.

Maddə 67. Sərnişinlərin icbari fərdi qəza sığortası üzrə sığortalı və sığorta olunan

67.1. Müvafiq nəqliyyat vasitəsilə daşınan sərnişinlərin icbari fərdi qəza sığortası müqaviləsini bağlayan və müvafiq icbari sığorta şəhadətnaməsinin adına verildiyi, bu Qanunun 64.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı nəqliyyat vasitəsinin sahibi sığortalı hesab edilir.

67.2. Bu Fəsildə nəzərdə tutulmuş istənilən nəqliyyat vasitəsində daşınan və fərdi qəzadan icbari sığortalanmış sərnişinlər sığorta olunanlar hesab edilirlər.

Maddə 68. Sərnişinlərin icbari fərdi qəza sığortası üzrə sığorta məbləğləri

68.1. Sərnişinlərin icbari fərdi qəza sığortası üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir:

68.1.1. nəqliyyat vasitəsində olan hər bir sərnişinə görə sığorta məbləği - 5000 manat;

68.1.2. hər bir nəqliyyat vasitəsi üzrə - bu Qanunun 68.1.1-ci maddəsində nəzərdə tutulmuş məbləğin müvafiq nəqliyyat vasitəsindəki sərnişin yerlərinin sayına hasilindən alınan məbləğ.

68.2. Sərnişinlərin icbari sığorta müqaviləsi üzrə sığorta məbləğləri müvafiq sığorta ödənişlərinin həyata keçirilməsindən asılı olmayaraq, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişmir.

Maddə 69. Sərnişinlərin icbari fərdi qəza sığortası üzrə sığorta haqları

Sərnişinlərin icbari fərdi qəza sığortası üzrə sığorta haqlarının məbləği sığorta

nəzarəti orqanı tərəfindən müəyyən edilən qaydada hesablanır.

Maddə 70. Sərnişinlərin icbari fərdi qəza sığortası üzrə sığorta ödənişi

Sərnişinlərin icbari fərdi qəza sığortası üzrə sığorta olunanların sığorta hadisəsi nəticəsində sağlamlığına dəyən zərərə görə sığorta ödənişinin verilməsi bu Qanunun 68-ci maddəsində nəzərdə tutulmuş müvafiq sığorta məbləğləri həddində bu Qanunun Ümumi hissəsində müəyyən edilmiş ümumi əsaslarla həyata keçirilir.

Keçid müddəaları

Maddə 71. Qanunun qüvvədə olan icbari sığorta müqavilələrinə şamil edilməməsi

Bu Qanunun qüvvəyə minməsindən əvvəl bağlanmış icbari sığorta müqavilələri həmin müqavilələrdə nəzərdə tutulmuş, müqavilələrin başa çatma müddətinədək qüvvəsini saxlayır.

Maddə 72. Kompensasiya ödənişlərinin verilməsinin tətbiq edilməyə başlaması

Bu Qanunun 33-cü maddəsində nəzərdə tutulmuş kompensasiya ödənişlərinin həyata keçirilməsi ilə bağlı müddəalar Qanunun qüvvəyə mindiyi tarixdən 6 ay sonra tətbiq edilir.

Maddə 73. Büronun fəaliyyətə başlaması

73.1. Bu Qanunun 27-ci maddəsində nəzərdə tutulmuş Büronun təsis iclası bu Qanunun qüvvəyə mindiyi tarixdən 30 gün müddətində sığorta nəzarəti orqanı tərəfindən çağırılır. Büronun təsis iclasına bu Qanunun 28.3-cü maddəsində nəzərdə tutulmuş iştirak haqqını və 30.1-ci maddəsində nəzərdə tutulmuş təminat depozitini ödəyəcəyi halda məcmu kapitalı qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun gələn sığortaçılar çağırıla bilər.

73.2. Büronun təsis iclasında aşağıdakı məsələlər barədə qərarlar qəbul edilməlidir:

73.2.1.Büronun təsis edilməsi;

73.2.2.Büronun nizamnaməsinin təsdiq olunması;

73.2.3.Büronun fəaliyyətə başlaması üçün təşkilati işlərin həyata keçirilməsi, o cümlədən Büronun dövlət qeydiyyatına alınması məqsədilə müvəqqəti inzibatçının seçilməsi.


73.3. Büronun təsis iclasında təsisetmə və fəaliyyətin ilkin mərhələsi ilə bağlı zəruri hesab edilən digər məsələlər barədə də qərarlar qəbul edilə bilər.


YEKUN MÜDDƏALAR


Maddə 74. İddia müddəti

Sağlamlığa və əmlaka vurulan zərərə görə sığorta tələbi, belə tələb hüququ yaranmış sığortalının, sığorta olunanın və ya üçüncü şəxsin sığorta hadisəsinin baş verməsini bildiyi və ya bilməli olduğu tarixdən 3 il müddətində irəli sürülə bilər.

Maddə 75. İcbari qaydada sığortalanmanın təmin edilməsinə nəzarət

Bu Qanunun Xüsusi hissəsində icbari qaydada sığorta etdirmək vəzifəsi müvafiq olaraq müəyyən edilmiş şəxslərin icbari qaydada sığortalanmanı təmin etmələrinə nəzarət sığorta nəzarəti orqanı ilə birlikdə həm də hər bir icbari sığorta növünün özünəməxsus xüsusiyyətləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.


Maddə 76. Mübahisələrin həlli
Bu Qanundan irəli gələn mübahisələr, tərəflər arasında danışıqlar yolu ilə tənzimlənməsi mümkün olmadıqda, qanunvericilikdə nəzərdə tutulmuş qaydada səlahiyyətli orqanlar tərəfindən, o cümlədən məhkəmə qaydasında həll edilir.
Maddə 77. Məsuliyyət
77.1. Bu Qanunun tələblərinin pozulmasına görə hüquqi və fiziki şəxslər qanunvericiliklə müəyyən edilmiş məsuliyyəti daşıyırlar.

77.2. Bu Qanunla müəyyən edilmiş hər hansı sığorta təminatının tam və ya qismən könüllü sığorta müqaviləsində nəzərdə tutulması bu Qanunun Xüsusi hissəsinin müvafiq müddəaları ilə üzərinə icbari qaydada sığorta etdirmək vəzifəsi qoyulmuş şəxsləri bu vəzifəni yerinə yetirməməyə görə məsuliyyətdən azad etmir.


Maddə 78. Qanunun qüvvəyə minməsi
78.1. Bu Qanun dərc edildiyi tarixdən 1 ay sonra qüvvəyə minir.

78.2. Bu Qanunun 78.1-ci maddəsində nəzərdə tutulmuş qüvvəyə minmə tarixindən Azərbaycan Respublikasının “Azərbaycan Respublikasında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında” 1996-cı il 31 may tarixli 113-IQ nömrəli, “İcbari ekoloji sığorta haqqında” 2002-ci il 12 mart tarixli 271-IIQ nömrəli, ”Azərbaycan Respublikasında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” 2003-cü il 25 mart tarixli 425-IIQD nömrəli, “İcbari Ekoloji Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi barədə” 2003-cü il 25 mart tarixli 427-IIQD nömrəli, “Sərnişinlərin icbari sığortası haqqında” 2003-cü il 17 iyun tarixli 474-IIQ nömrəli, “Yanğından icbari sığorta haqqında” 2004-cü il 6 yanvar tarixli 573-IIQ nömrəli, “Sərnişinlərin icbari sığortası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavə və dəyişiklik edilməsi barədə” 2004-cü il 20 aprel tarixli 638-IIQD nömrəli, “Yanğından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarına əlavə və dəyişiklik edilməsi barədə” 2004-cü il 10 sentyabr tarixli 752-IIQD nömrəli qanunları ləğv edilir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 iyun 2011-ci il



Azərbaycan Respublikasının © Zəka A. Mirzəyev: 404-46-99 (daxili: 255) Maliyyə Nazirliyi z.mirzayev@maliyye.gov.az


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


iilr-hft-rzind-36-saatdan-22.html

iilr-hft-rzind-36-saatdan-27.html

iilr-hft-rzind-36-saatdan-31.html

iilr-hft-rzind-36-saatdan-36.html

iilr-hft-rzind-36-saatdan-40.html