1 ... 53 54 55 56 57 58 59 60 ... 84

III FƏSİL - Ali Akbar Amneziya (2010)

səhifə57/84
tarix21.03.2018
ölçüsü492.29 Kb.

 
112

III FƏSİL 


 

POST REVOLUTİON - 2 


 
 
Cinayətin yalnız bəhanəyə ehtiyacı var. 

Aristotel

  
 
Üsyan – kölənin şücaətidir. 

Friedrich Nietzsche 



 
113

İtirdiklərim 


 
 
 
Gündəlikləri bitirdim. Kim olduğunu 32 yaşında dərk etməyə başlayan insan hansı hissləri keçirə bilər? 
Bunu məndən soruşun. 
Qara bloknotun birinci səhifəsini açan kimi tənhalığımın, yalqızlığımın müfəssəl təsvirləri ilə qarşılaşdım. Oxuduqca 
özümə yazığım gəlirdi. Qəribə hissdir özünə kənardan baxa bilmək. Görünür bunu yaxşı bacarmaq üçün, hafizə tamam 
silinməlidir. Gündəlik tutmağa başlamağımın səbəbi də sadə imiş - Sevillə ayrılandan sonra düşdüyüm depressiya, 
təxminən il yarım sonra bu qara bloknotda qeydlər aparmağımla nəticələnib. Maraqlıdır, bəs niyə il yarım gözləmişəm? 
Evimin təsvirləri, tör-töküntü, pəncərə önündə dayanıb yoldan keçənlərə baxaraq fikrə dalmağım, Rus parkında 
gəzişməyim haqqında oxuduqlarım mənə o qədər doğma,  əziz gəldi ki, elə bil bu sətirləri bir il əvvəl yox, dünən 
yazmışam. Xüsusilə də parka aid hissəni oxuyarkən həyəcanlanmış, xəyalımda uşaqlıq çağlarım canlanmışdı.  
Toğrul barədə yazdıqlarımdan, Sevilin nə  qədər haqlı olduğu üzə  çıxır – həqiqətən də,  ən çətin anlarımda görüşüb 
dərdləşdiyim tək sirdaşım məhz Toğrul olub. Dostluqla bağlı fikirlərimizin fərqli olduğu, onun bu məfhuma bir o qədər də 
etibar etmədiyi məlum olsa da, münasibətlərimizə dostluqdan başqa ad qoymaq da olmur. Özü də çox möhkəm dostluq. 
Gömrük komitəsində  işləyən atasından asılı olan, amma arada-bir onun ziddinə getməyi də bacaran Toğrulun, siyasi 
mövzulardan zindeyi-zəhləsi getdiyini başa düşürəm. Gündəliklərin onunla bağlı hissələrini, ən çox da aramızda yaşanan 
mübahisələri oxuyarkən üzümdə qeyri-ixtiyari kədərli bir təbəssüm yaranır. Ürəyimdə isə  səliqəsiz, kələ-kötür xətlə 
yaratdığım bu canayaxın, səmimi dost obrazının mənim üçün elə kağız üstündə qalacağını, onunla bir daha heç vaxt 
görüşməyəcəyimi, söhbət edə bilməyəcəyimi dərk etməyin sancısı var. 
Rəna – sevib-sevildiyim qadın. Onunla Toğrulun ad günündə tanış olmuş, tanış olan kimi də aramızda mütləq nələrinsə 
yaşanacağını, tanışlığımızın bu ad günü mərasimi ilə  məhdudlaşmayacağını başa düşmüşəm. Vurulmaqdan, aşiq 
olmaqdan qorxduğunu demişdi mənə. Mən də ən az onun qədər yenidən sevməkdən qorxduğumu ona etiraf etmişdim. 
Lakin qorxularımız günü-gündən şiddətlə alovlanan sevgimizə məğlub olmuşdu. Hətta gün gəlmiş, münasibətlərimiz az 
qala vətəndaş nikahı müstəvisinə keçmişdi. Sevişmə səhnələrimizi də yazmışam. Sevil onları oxuyubsa (oxuduğundan 
şübhəm yoxdur)  xəcalətimdən səhər üzünə necə baxacam? Yox, elə deyil, Sevilin yeri başqadır ürəyimdə. 
Yazdıqlarımdan da bəlli olur ki, Rənaya və Sevilə qarşı keçirdiyim hisslər, hər ikisinin həyatımdakı yeri tamam fərqli olub. 
Sevilə olan sevgimlə, Rənaya bağlılığım heç müqayisəyə  gəlmir. Bəli, Sevil mənim üçün qat-qat dəyərli, doğma insan 
olub. Yenə  də qadındır, bu sətirləri oxuyarkən mütləq qısqanmışdır, başqa cür ola da bilməz. Xüsusilə  də  Rənaya 
yaraşdırdığım iltifatları oxuyanda. Nə bilim, bəlkə  də haqqı yoxdur qısqanmağa.  Əvvəla özü də  ərə getmişdi biz 
boşanandan sonra. Belə olan halda, ömrümün sonuna qədər onun xatirəsinə sadiq qalıb, qadın üzü görməməyə and 
içməli deyildim ki! Həm də, Rəna yoxdur artıq. Bir qəhrəman kimi özünü fəda edib. Bundan sonra nə  qısqanclığı? 
Rənanın xatirəsinə hörmətsizlik kimi çıxmasın, artıq Sevillə mənim aramda rəqib də qalmayıb. “Jaləsində yuyunmaq və 
gecənin ayazında qızışmaq üçün yaz sübhündə şəfəqi gözləyən çəmənlər tək möhtacam sənə”. Bu cümləni oxuyanda 
gülmək tutdu məni. Görəsən bu sözlər özümə aiddir, yoxsa hansısa kitabdan çırpışdırmışam? 
Sevili həm də oğlumu dünyaya gətirən qadın olduğuna, mənə övlad bağışladığına görə sevmişəm. Bircə bu səbəb yetər 
ki, ürəyimə ondan başqa heç bir qadın daxil ola, yerini tuta bilməsin. Gündəlikləri oxuduqca başa düşürəm ki, Özgürlə 
nəfəs alır, onun üçün yaşayırmışam. Boşandıqdan sonra da dərd alıbmış məni - uşaq kiminlə böyüyəcək, necə tərbiyə 
alacaq, kimə daha meylli olacaq? Atalığının səhnəyə  çıxmasından sonra isə narahatçılığım daha da artıbmış. Hətta 
Sevili hədələmişəm ki, uşağı alacağam səndən. Yaxşı ki, bu axmaq işə girişməmişəm. Əlbəttə, girişməzdim də. Atalığı 
ilə yaşasa da, Özgürə güldən artıq söz deyəcəyi təqdirdə onun gözlərini oymağa hazır anası varıydı yanında, dayaq idi 
oğluma. Narahat olmağa dəyməzdi. Amma yenə  də  ərə getməsini uzun müddət həzm edə bilməmiş, bunu ona 
bağışlamamışam.  
Özgür. Azad və ləyaqətli ölkədə yaşamağı ən çox onun üçün arzulamış, sistemin dəyişməsi uğrunda bacardığım qədər, 
etiraz bildirmək səviyyəsində  də olsa, kiçik mübarizəmi aparmışam. Məktəbdə yaşanan problemlər, “Qənirə ana” şeiri 
üstündə düşən mübahisə də göstərir ki, Milli rejiminin dəyişməsi həyatımın yeganə amalına çevrilmişdi. Oğlumun heç bir 
sarıdan korluq çəkməməsi üçün, qazandığım pulun ən az yarısını  hər ay, müntəzəm olaraq Sevilin bank hesabına 
köçürürdüm. Klinikada işləməkdən iyrənsəm də, peşəmə nifrət etsəm də, hər gün Rəna, ya da Sənangillə görüşmək, ya 
da evimə qapanıb özümlə təkbətək qalmaq üçün iş saatının bitməsini səbrsizliklə gözləsəm də, işləməyə məcbur idim. 
Yaxşı ki, Toğrul daima yanımdaydı.  
Toğrul. Tələbəlik illərindən başlayan dostluğumuz Asiadentdə  işlədiyimiz illərdə  də davam etmiş, klinikada daha da 
möhkəmlənmişdi. Ömrünə  fırtına kimi daxil olub Toğrulun qəlbində gözəllik, saflıq adına nə varsa darmadağın edən, 
həyata inamını göyə sovuran Zümrüd adlı qıza bəslədiyim kin və nifrət isə indi özümə qorxulu görünür. Mən bir insana, 
özü də qadına bu dərəcədə nifrət edəcək adamam?! Görünür doğrudan da pis, sevimsiz insan olub ki, nifrətimi qazanıb. 
Oxuduqca görürəm ki, məqsədi Toğrulu alçaltmaq, şəxsiyyətini tapdalamaq olub. Görəsən indi, Toğrul öləndən sonra 
neynəyir, nə iş görür? Gərək sabah soruşum Sevildən. 
Gündəliklərimdə, idbarlıqda Zümrüddən geri qalmayan bir başqa qadın tipi də var – mayor Dadaşovun mənə haqqında 
sual verdiyi Şeyla. Prezident aparatının “Milli maraqlar” şöbəsinin başçısı, xalq arasında “milli Ghebbels” adı ilə tanınan 
Səyavuş Oruc adlı adamın qızıymış. Onun dişlərini müalicə etmişəm. Yazmışam ki, “onun dişlərini qurdalamaq, həkim 
praktikamda üzləşə biləcəyim ən böyük ədalətsizlik və bəxtsizlikdir”. Kabinetimdə siqaret çəkə-çəkə mənimlə siyasətdən 

:

front -> files -> libraries -> 421 -> books
books -> Erika Leonard Ceyms Zülmətin əlli çaları
books -> Həbsxana – cəmiyyətin daha çox
books -> Yad qadina məktublar
books -> ÖLÜMDƏn güCLÜ
books -> Stendal Qırmızı və qara
books -> Corc oruell
books -> Ernest heminquey qoca və DƏNİZ
books -> №-li palata I
books -> F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


iir-trleri---klsk.html

iirleri-dneminin-biim.html

iirmi-eddini-drs---ikini.html

iirsel-dil---klsk.html

iisg--pales-del-toro--.html