1 ... 29 30 31 32 33 34 35 36 ... 41

III FƏSİL - Kitab Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti Şərq Ölkələri Meşə Sektorunda Hüquq Tətbiqi və İdarəetmə...

səhifə33/41
tarix08.07.2018
ölçüsü28.63 Kb.

94


III FƏSİL 


MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI


III Fəsil


Davamlı meşə ekosistemi necə yaranır?


Meşə ekosistemi təkcə ağaclardan deyil, digər canlı orqanizm­
lərdən, kollar, otlar, mamırlar, şibyələr, göbələklər və heyvanlardan
ibarətdir. Meşə təbii tarazlıqda olduqda öz­özünü tənzimləyir. Bu
proses fasiləsiz getdiyindən ömrünü başa vuran qocaman ağaclar
məhv olaraq öz yerini daha cavan ağaclara verir. Qocaman ağacın
boş qalmış yeri işıqsevən bitkilər tərəfindən tutulur. Təbii meşədə
sıx meşəaltını təşkil edən kollar və ot bitkiləri vardır. Belə mürəkkəb
quruluşa  malik  olması  meşəni  ətraf  mühitin  əlverişsiz  amillərinə
qarşı davamlı edir. Quraqlıq və digər təbii fəlakətlər dövründə də
qocaman  ağaclar  üçün  təhlükə  yarandıqda  meşə  yaruslarında
ağacların  bir­birini  əvəz  etməsi  müşahidə  olunur.  Bitki  tərkibinin
müxtəlifliyi xəstəlik və ziyanvericilərə qarşı davamlılığı artırır. Bir
ağac növü xəstəliyə yoluxduqda bu xəstəlik digər ağac növlərinə
yayılmır.  Floranın  bioloji  müxtəlifliyi  heyvanlar  və  quşlar  üçün
zəngin yem mənbəyidir.
Süni  yolla  salınan  meşələrdə  davamlı  ekosistemi  süni  sürətdə
yaratmaq qeyri­mümkündür. Yeni salınan meşələrin qoruyucu meşə
örtüyünə çevrilməsi üçün on illərlə vaxt lazımdır. Meşə ekosistemi
davamlı olmaq üçün bir çox bitki, heyvan, göbələk növlərinin birgə
yaşayışı  təmin  olunmalıdır.  Məsələn,  ağac  göbələkləri  çürümə
prosesini sürətləndirir. Yağış qurdları isə torpağın münbitliyini artırır.
Meşə  salarkən  bəzi  tələblərin  yerinə  yetirilməsi  yeni  meşə
zolağının davamlı olmasına kömək edə bilər. Meşənin davamlılığı
seçilmiş  ağacların  növündən  asılıdır.  Ağaclığın  tərkibi  coğrafi
mövqe dən, torpaq, iqlim, rütubət şəraitindən asılı olaraq müəyyən
edilir. Buna görə də müxtəlif cinsli ağac və kollardan ibarət qarışıq
meşələrə üstünlük verilir. Belə olduqda şəraitə uyğunlaşan müəyyən
bitki növü daha yaxşı böyüyür. Bir ağac növü xəstəliyə yoluxduqda
digər  növlər  bu  xəstəliyə  tutulmur.  Enliyarpaqlı  və  iynəyarpaqlı
ağaclardan ibarət qarışıq meşələr yanğına qarşı davamlı olur.
Meşə  bitkilərinin  bir  qrupu  pioner  ağaclar  adlanır.  Bu  növlər
açıq meşəsiz sahələrdə birinci olaraq məskən salır və digər ağaclar
tərəfindən rəqabət olmadıqda daha yaxşı inkişaf edir. Bu ağaclar
həm şaxtaya, həm də quraqlığa dözümlü olub, kölgədə inkişafdan
geri qalırlar. Bir çox hallarda sıx meşə örtüyü altında bu ağaclar
özlərini bərpa edə bilmirlər. Buna görə də yeni meşəsiz sahələrə
düşən toxumları daha yaxşı inkişaf edir.

95


 MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI 


III FƏSİL


Davamlı meşə ekosistemini əmələ gətirən digər ağaclar qrupuna
göyrüş,  cökə,  ağcaqayın,  vələs,  fıstıq  aiddir.  Bu  ağaclar  kifayət
qədər  kölgəyə  davamlı  olub  ekstremal  hava  şəraitinə  həssasdır.
Palıd,  qarağac  ağacları  nisbətən  işıqsevən  bitki  olduğuna  görə
toranlıq meşədə zəif inkişaf edir.
Meşə  salınarkən  ağac  növlərinin  bu  xüsusiyyətləri  nəzərə
alınmalıdır. Həm işıqsevən, həm də kölgəyə davamlı ağaclar qarışıq
əkildikdə daha yaxşı nəticə alınır. Yaxşı olar ki, 5­6 növ ağac birlikdə
əkilsin. Müxtəlif qrupdan olan ağacların eyni vaxtda əkilməsi tələb
olunmur. Əgər işıqsevən ağaclardan ibarət meşə zolağı salınıbsa,
bu  ağaclar  böyüdükdən  sonra  aralarında  kölgəyədavamlı  ağac
növlərini əkmək olar. Cökə ağacı vegetativ üsulla çoxaldığına görə
tez bir zamanda meşənin ikinci yarusunda sıx meşə örtüyü əmələ
gətirir.
Müxtəlif  ekoloji  qrupdan  olan  ağacların  say  nisbəti  də  nəzərə
alınır. İşıqsevən və sürətlə boyatan ağac növlərinin sayı çox olduqda
tez  bir  zamanda  çətirləri  sıx  qovuşaraq  meşə  örtüyünü  əmələ
gətirir.  Əgər  suni  salınan  meşədə  75%  şam  ağacı  əkilibsə,  25%
palıd ağacı əkmək olar. Ağacların altında ərazidə təsadüf olunan kol
bitkiləri əkilir. Meşə kollarının ömrü ağaclardan qısa olsa da, tez bir
zamanda böyüyüb təbii yolla çoxalır və sıx bitki örtüyü əmələ gətirir.
Fındıq, zirinc, itburnu, böyürtkən, qaragilə kollarının hər birindən
bir neçə ədəd əkməklə meşəaltını formalaşdırmaq mümkündür. Kol
bitkilərinin pöhrələrini yaxınlıqdakı meşədən köçürmək olar. Daha
yaxşı olar ki, kollar meşəçilik sahəsində toxumla artırılsın. Xüsusi
tinglikdə artırılmış kollar ağaclar böyüdükdən sonra yeni salınmış
meşəyə köçürülür.
Meşə ekosisteminin tarazlığı üçün mamır, şibyə, göbələklərin və
digər heyvanların məskən salması vacibdir. Yaxınlıqdakı meşədən
bir qədər meşə döşənəyi toplayıb, yeni salınan meşəyə gətirmək
olar.  Meşə  döşənəyindəki  bitki  toxumları,  mikroorqanizmlər  yeni
şəraitdə  yayılaraq  alt  təbəqəni  formalaşdırır.  Bu  prosesi  erkən
yazda və ya payızın sonunda yerinə yetirmək lazımdır. Əlbəttə ki,
meşə döşənəyi yeni salınan meşə bir neçə il inkişaf etdikdən sonra
köçürülməlidir.
Təbii  şəraitdə  meşələrin  bərpası  uzun  müddət  ərzində  gedir.
Çox zaman qanunsuz meşə qırmaları, daşqınlar, sel, sürüşmələr,
yanğınlar  zamanı  meşə  sahələri  boşalır.  Belə  sahələrdə  meşə
bərpası  işlərində  məktəb  meşəçiliyində  artırılmış  bitkilərdən
istifadə etmək olar.

96


III FƏSİL 


MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI


Məktəb ekoloji monitorinqi


Gənc  meşəçilər  məktəb  ekoloji  monitorinqində  iştirak  edə
bilərlər. Ekoloji monitorinq meşə ekosisteminin və onun ayrı­ayrı
obyektlərinin  vəziyyətinin  antropogen  təsir  altında  dəyişməsinin
müşahidəsi,  qiymətləndirilməsi  və  proqnozlaşdırılmasıdır.  Yuxarı
sinifl ərdə  şagirdlər  ekoloji  monitorinqin  ən  sadə  üsullarına  yiyə­
lənirlər.  Bu  zaman  müxtəlif  biosenozlarda  geobotaniki  təd qiqat­
lar, ətraf mühitin çirklənmə dərəcəsinin təyini, quşların miqrasiya
yollarının  öyrənilməsi,  bioloji  müxtəlifliyin  qeydə  alınması  kimi
tapşırıqları yerinə yetirmək mümkündür. Bu mərhələdə məktəblilər
müstəqil olaraq fəaliyyət planını tərtib edir, dəqiq məlumatların və
müqayisəli  nəticələrin  alınmasına  səy  göstərirlər.  Uzun  müddətli
tədqiqatlar  bir  neçə  il  ərzində  davam  edərsə,  məktəb  ekoloji
monitorinq  şəbəkəsini  yaratmağa  imkan  verir.  Hər  il  toplanan
məlumatlar əsasında ətraf mühitin vəziyyətini qiymətləndirmək və
proqnozlaşdırmaq mümkündür. Gənc meşəçilər ərazidə olan bitki
və heyvan növlərini qeydə almaqla, onların sayına ekoloji amillərin
təsirini müəyyən edirlər.
Ekoloji monitoringin əsas obyekti olaraq şibyələrdən istifadə
olunur.  Şibyələr  bildiyimiz  kimi  sporlu  bitkilər  qrupuna  aid
olub,  göbələk  və  birhüceyrəli  yosunlardan  ibarətdir.  Göbələk
çoxalmanı  və  qidalanmanı,  yosunlar  isə  fotosintez  prosesini
təmin  edir.  Şibyələr  havanın  tərkibinə,  mikroiqlim  şəraitinə  və
yaşadıqları  yerə  qarşı  olduqca  həssasdır.  Şibyələr  Yer  üzərində
geniş  yayılaraq,  ətraf  mühitin  təsirinə  güclü  reaksiya  verir
və  zəif  dəyişkənliyə  malikdir.  Ekoloji  monitorinqdə  daha  çox
ağacin üzərindəki şibyələr mühitin indiqatoru kimi çirklənmənin
dərəcəsini  göstərir.  Havanın  çirklənmə  dərəcəsi  artdıqca  öncə
kolşəkilli, sonra yarpaqşəkilli və sonda isə qabığabənzər şibyələr
yoxa  çıxır.  İlk  dəfə  İsveç  alimi  R.Sernander  (1926)  Stokholm
şəhərində  şibyələrin  yayılmasının  müx təlif  ərazilərdə  havanın
çirklənməsindən  asılı  olmasını  müşa hidə  edib.  O  müəyyən
etmişdir ki, daha çox 0,03­0,1 mq/m
3
qatı lığında (SO
2
) kükürd
oksidi şibyələrə məhvedici təsir göstərir. Digər çirkləndiricilərdən
azot oksidləri (NO
2
, NO), karbon oksidləri (CO, CO
2
) güclü təsir
göstərir.
Şagirdlər meşədəki ağacların üzərindəki şibyələri aşkar edərək,
yayılma dərəcəsinə görə havanın çirklənməsini təyin edə bilərlər.
Avtomobil  yollarının  kənarında  ağacların  üzərindəki  şibyələri
meşənin daxilindəki ağaclarla müqayisə etmək lazımdır. Eyni qayda

:

pars docs -> refs
refs -> Dos. N. Z.Çələbiyev
refs -> Fənn: Klinik psixologiya Müəllim: Dos. N. Z.Çələbiyev Mövzu 10. Depresiya və postravmatik stresslər
refs -> I fəSİL. TÜTÜn haqqinda üMÜMİ MƏlumat
refs -> O zbek iston respublikasi oliy va 0 ‘rta maxs*js ta’lim vazirligi
refs -> Fənn: Klinik psixologiya Müəllim: Dos. N. Z.Çələbiyev
refs -> Azərbaycan respublikasi təHSİl naziRLİYİ XƏZƏr universiteti
refs -> Dərman vasitəsinin istifadəsi üzrə təlimat
refs -> Karakalpak tüRKÇESİndeki tip terimleri
refs -> Sayıqlama ideyaları neçə qurupa bölünür?
refs -> Duman paranoya mp3 indir boxca


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


ijntr-l---muntele-vrjit.html

ijr-o---ozbekiston.html

ijsr-international.html

ijtimoiy-fanlar-kafedrasi-2.html

ijtimoiy-harakat--.html