©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.

III FƏSİL:  ERMƏNİSTANDA AZƏRBAYCANLILARA QARŞI REPRESSİYA - AZƏrbaycan elmlər akademiyasi miLLİ MÜnasiBƏTLƏR İnstitutu


III FƏSİL: 


ERMƏNİSTANDA AZƏRBAYCANLILARA QARŞI REPRESSİYA 


VƏ DEPORTASİYA SİYASƏTİ 


 


 


1. OTUZUNCU İLLƏR REPRESSİYASI

 
 
1920-ci ildə Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra daşnak hakimiyyəti 
dövründə  qədim ata-baba yurdlarından didərgin salınaraq Azərbaycana,  İrana, Türkiyəyə  və 
Gürcüstana sığınmış müsəlman qaçqınlarının bir qismi qayıtmağa müvəffəq olmuşdular. 
Ermənistan rəhbərləri qaçqınların geri qayıtmasının qarşısını almaq məqsədilə müxtəlif 
bəhanələr gətirir, onları Ermənistan  ərazisinə buraxmaq istəmirdi. 1922-ci ilin yayında 
Ermənistan hökuməti yolxucu xəstəliklərin yayılmasını bəhanə edərək, İran ərazisində sığınacaq 
tapmış qaçqınların Culfa və  Şahtaxtı keçid məntəqəsindən keçərək Ermənistana qayıtmalarının 
qarşısını almaq üçün dəfələrlə Azərbaycan hökumətinə müraciət etmişdi. Vedibasar və 
Zəngibasar qaçqınlarına o şərtlə qayıtmaqa icazə vermişdilər ki, onların 1918-1920-ci illərdə 
ermənilərə qarşı vuruşmalarda iştirak etməmələri sübuta yetirilmiş olsun.
1
 
Lakin Ermənistan hökumətinin müqavimətinə  və orada hökm sürən aclıq və  səfalətə 
baxmayaraq, artıq 1922-ci ildə 100 min qaçqın doğma yurdlarına qayıtmışdı. Müsəlmanların 
yaşamış olduqları  kəndlərin çoxunda Türkiyədən gəlmiş erməni ailələri yerləşdiklərindən, 
qayıdan qaçqınlar ya öz yurdlarını yenidən tərk etməyə məcbur olmuş, ya da ermənilərlə birgə 
yaşamağa məhkum olmuşdular. Sonralar 80-dən artıq ermənilərlə qarışıq yaşayış  məskənləri 
beləcə yaranmışdı. 
1926-cı ildə Ermənistanda 743573 erməni, 84717 türk siyahıya alınmışdı. 1939-cu ildə 
isə 1062000 erməni, 130800 türk qeydə alınmışdı. Müqayisədə 
 
1
 Azərbaycan Respublikası DA, F.28., siy.1, iş 210, vərəq 125. 
 
ermənilər 42,7%, türklər isə 56,8%  artmışdı, Türklərin yüksək artımı erməniləri narahat edirdi. 
Bəs Ermənistanda azərbaycanlılara qarşı repressiyalar necə  həyata keçirilirdi? Təbii ki, 
həmin dövr Ermənistan mətbuatında bu məsələ ilə  əlaqədar heç bir iz buraxılmamışdır. Lakin 
həmin dövrdə repressiyadan canını qurtarıb  İran və Türkiyəyə qaçan mühacirlərin verdikləri 
məlumatlar Türkiyədə  və Almaniyada çıxan bir sıra məcmuələrdə öz əksini tapmışdır. 20-ci 
illərin sonu və 30-cu illərin  əvvəllərində bütün Sovet İttifaqında həyata keçirilən 
kollektivləşmənin ən sərt tədbirləri Ermənistanda yaşayan azərbaycanlılara qarşı tətbiq edilirdi. 
İlk növbədə ata-babadan varlı olanların mal-qarasını  əllərindən alıb kolxoz təsərrüfatına qatır, 
özlərini isə “qolçomaq” damğası ilə Qazaxıstana və Sibirə sürgün edirdilər. Bir azdan bu cür 
tədbirlərin ortabab kəndlilərə  də  şamil edilməsi, mal-qaradan əlavə  əkin sahələrin də onların 
əllərindən alınması Vedibasarda, Zəngibasarda və Qəmərlidə kəndli üsyanlarının baş verməsinə 
səbəb olmuşdu. 
1930-cu ildə Türkiyədə  çıxan “Odlu yurd” məcmuəsi (baş redaktoru M.Ə-Rəsulzadə) 
“Vedibasar və Naxçıvan üsyanları davam edir” başlıqlı məqaləsində yazırdı: “Üsyan bir tərəfdən 
İrəvana və Göycə gölünə, digər tərəfdən Ordubad və Zəngəzura sirayət eyləmişdir. 

Böyük Vedibasar partizanlarının miqdarı 600 nəfərdir... Partizanlara heç bir tərəfdən yardım 
edilmir və Qızıl ordudan saldırdıqları silah və köylülərin verdikləri ərzaqla keçinirlər. 
Zəngəzur, Ordubad, Naxçıvan, Vedibasar və Göycə partizanları arasında rabitə mövcud 
olub, Qarabağ, Gəncə və Muğan partizanları ilə əlaqəyə girməyə səy edirlər. 
Sovet Ermənistanın Kommunistlər  Şurasının rəisi Sedrak Sarkisyan partizanların 
hücumuna məruz qalaraq öldürülmüşdür. Şofer və arkadaşı ağır y aral anmışdır.”
1
 
Getdikcə güclənən Vedibasar üsyanı haqqında həmin məcmuənin başqa bir sayında 
yazılır: “Minlərlə kəndlinin iştirak etdiyi partizan hərəkatı qüvvətli bir şəkil almışdır. Üsyançılar 
kollektivləşmə siyasətindən vaz keçilməsini,  ərzağın hökumətin qoyduğu qiymətlərlə deyil, 
sərbəst surətdə satılmasını  və terrora son verilməsini tələb  şüarı altında hərəkət etmədədirlər... 
Ən aktiv rolu orta hallı köylülər və əksəriyyətlə şəhər ünsürləri oynamaqdadır.”
2
 
“Odlu yurd” məcmuəsi Vedibasar üsyanının yatırılması zamanı qətlə yetirilən Abbasqulu 
bəy Şadlinskinin ölümü ilə bağlı başqa bir məlumat-onun daşnaklar tərəfindən qətlə yetirilməsi 
haqqında məlumat vermişdi. Məcmuənin “Vedibasarda qara bayraq” adlı  məqaləsində yazılır: 
“Zəngibasar, Vedibasar, Gərnibasar və Naxçıvan tərəflərdə üsyan məntəqələrində olan köylərdə 
qara bayraq çəkilmiş olduğu hüdud boyunda olan müxbirlərimiz tərəfindən xəbər verilməkdədir. 
Matəmdə erməni köylüləri də  iştirak etməkdədirlər. Abbasqulu ağanın qrupundan olan 
köylülərdən 80 nəfəri 17 tələfat vermək müqabilində Türkiyəyə keçməyə müvəffəq olmuşlar. 
Ruslar Araz boyunda hüdudu keçərkən öldürdükləri 17 köylünün meyitlərini günlərcə  səhrada 
buraxmışdılar. Türkiyəyə keçməyə müvəffəq olan 63 köylünün söylədiklərinə görə, Abbasqulu 
ağa daşnaklar tərəfindən qətl edilmişdir. Və bu hadisə daşnak olmayan erməni köylülərinin də 
nifrətinə səbəb olmuşdur.”
3
 
“Abbasqulu ağa neçin öldürüldü” sualına məcmuədə belə cavab verilir: “Hər kəsdən 
ziyadə bolşevikləri sevindirəcək olan bu qətl hadisəsinə Daşnaklar nədən müraciət etmişlər? 
 
1
“Odlu yurd” (“Odlu Yurt”) məcmuəsi, 1930-cu il, sayı 17(5), səh.193.  
2
 Həmin məcmuə, 1930-cu il, sayı 18(6), səh. 244. 
3
Yerə orada, səh. 229. 
 
Abbasqulu ağa rus inqilabından sonra əksəriyyəti türk olan İrəvan vilayətində “süni bir erməni 
əksəriyyəti” yaratmaq üçün türk köylərini yerlə yeksan etməyə başlayan daşnaklara, onların 
qəhrəmanı andraniklərə iki il müqavimət göstərmiş, bu yerlərdə türkün mövcudiyyətini mühafizə 
etməyə müvəffəq olmuşdu. 
O zaman İrəvan vilayətində Zaqafqaziya Seyminin xüsusi komissiyası 200-dən artıq türk 
köylərinin məhv edilmiş olduğunu təsbit eyləmişdi. Abbasqulu aqa daşnakların  şeytani 
tədbirlərinə qarşı çıxmış, bu sayədə Vedi və Naxçıvan tərəfləri bu soyqırımdan qurtara bilmişdi. 
Daşnaklar indi Abbasqulu aqanın ruslara qarşı mübarizə etməsindən istifadə edərək «intiqam» 
almışlar. Abbasqulu ağanın öldürülməsindən daşnak olmayan erməni köylüləri daha çox 
mütəəssir olmuşdular.”
1
 
Ermənistanda azərbaycanlılar yaşayan kəndlərin üsyanı yatırıldıqdan sonra, üsyançıların 
xeyli hissəsi  İran və Türkiyəyə qaçmaqa məcbur olmuşdularsa da, bu üsyanı  bəhanə edərək 
azərbaycanlı kəndlərində kütləvi surətdə həbs prosesi başlanmışdı. həbslərin başlanmasına ikinci 
bəhanə isə Ermənistanda yaşayan türklərin - azərbaycanlıların  İran və Türkiyə ilə qohumluq 
əlaqələrinin olması və onların guya həmin ölkələrə mühacirət etmiş əksinqilabçı qüvvələrlə əlaqə 
saxlamaları olmuşdu. 
“Odlu yurd” məcmuəsi “İrəvanda həbslər” adlı məqaləsində yazırdı: “İrəvan vilayətində 
130 türk millətsevərlər həbsə alınmışlar. Bunlar Rusiyaya sürüləcəklər. Məhbusların arasında 
Türkiyəyə keçməyə təşəbbüs etməkdə ittiham edilənlərdən Abbas və Məhəmməd Tağı bəylər də 
vardır. Martın 17-də sürüləcəklərdi. Fəqət Borçalıda və Qazax tərəflərində dəmiryol xəttinin türk 
köylərinin əlində olması nəzərə alınaraq hələlik təxirə salınmışdır.” 
 
1
 Yenə orada, səh.230. 

2
 Yenə orada, səh.231. 
 
Ermənistanda azərbaycanlıların kütləvi repressiyası onların Türkiyəyə qaçıb canlarını 
yurtarmağa məcbur edirdi. Bu, xüsusilə Türkiyə ilə  həmsərhəd rayonlarda kütləvi xarakter 
almışdı. Ermənistanda yaşayan azərbaycanlılar sərhəd mühafizəsinin zəif olduğu yerlərdən, 
dağlıq ərazilərdən gecələr dəstələrlə Türkiyəyə keçirdilər. 
Adı  çəkilən məcmuə “Mühacirət” məqaləsində yazırdı: “Ermənistanda yaşayan 
türklərdən mayın sonuna qədər Türkiyəyə (İqdır tərəflərə) 300 adam keçmişdir. Bunlardan yalnız 
50-si ailəlidir. Yerdə qalanların ailələri o tərəfdə qalmışdır. Zəngibasar, Vedibasar və 
Gərnibasarda 200 ailənin evləri məhv edilmişdir. Sərhəddə yaxın və uzaq yerlərdən 10 minlərlə 
əhali gecə-gündüz Türkiyəyə keçməyə çalışırlarsa da, bolşeviklər sərhəddə mane olurlar. Mndiyə 
qədər keçmək istəyənlərin çoxu ruslar tərəfindən sərhəddə öldürülmüşdür.”
1
 
30-cu illərdə Vedibasarın, Zəngibasarın, Qəmərlinin, Dərələyəzin, Ağbabanın və digər 
bölgələrin  əlli mindən artıq türk əhalisi ailəliklə Qazaxstan çöllərinə sürgün edilmişdilər. Sərt 
iqlim və bərbad mənzil şəraitinə uyğunlaşa bilməyən əhalinin xeyli hissəsi tələf olmuşdu. 
Sürgün müddəti qurtardıqdan sonra öz evlərinə qayıtmaq istəyən ailələrin  əksəriyyətini 
yaşadıqları rayonun Türkiyə ilə sərhəd olmasını bəhanə edərək Ermənistana buraxmadıqlarından, 
onlar ya geri qayıtmış, ya da Azərbaycan və Gürcüstanda sıqınacaq tapmışdılar. Nazırda 
Qazaxıstanda yaşayan soydaşlarımızın əksəriyyətini 30-cu illərdə Ermənistandan sürgün edilmiş 
ailələrin övladları təşkil edirlər. 
Keçmiş Sovet İttifaqının hər yerində olduğu kimi, 1936-37-ci illər repressiyası zamanı 
Ermənistanda da ilk növbədə orada yaşayan türk ziyalıları  təqiblərə  məruz qalmışdılar. On 
minlərlə türk həmin illərdə “troyka”nın qərarı ilə  həbs edilmiş, onların xeyli hissəsi 
güllələnmişdi. 
 
1
Yenə orada

 
Ermənistanı  əksinqilabçı  və antisovet ünsürlərdən təmizləmək adı altında aparılan milli 
ayrıseçkilik siyasəti o həddə çatdırılmışdı ki, respublikada azərbyacanlı kadrlar demək olar ki, 
qalmamışdı.  İş o həddə çatmışdı ki, “parçala, hökm sür” siyasəti yeridən Moskvanın vzü 
Ermənistanda azərbaycanlıların diskriminasiyaya məruz qalmasını etiraf etməyə  məcbur 
olmuşdu. 1936-cı ilin noyabr ayında SSRİ  Mərkəzi  İcraiyyə Komitəsi Millətlər  Şurasının 
Rəyasət Heyəti “Ermənistanda milli azlıqlar arasında aparılan işlərin vəziyyəti” haqqında məsələ 
müzakirə etmişdi. Qərarda göstərilirdi ki, Ermənistan SSR Mərkəzi  İcraiyyə Komitəsi milli 
azlıqlar arasında iş aparan şöbəsini ləğv etmişdir. Mərkəzi orqanlar milli azlıqların mədəni və 
təsərrüfat ehtiyaclarının ödənilməsini təmin etməmişlər. Milli azlıqlar içərisindən mərkəzi 
aparatlar üçün milli kadrların hazırlanması, milli rayonların azərbaycanlı  və kürd kadrları ilə 
təmin edilməsi və dövlət işlərinin yerlərdə onların dilində aparılması qeyri-kafi vəziyyətdə 
olduğu qeyd edilirdi. 
SSRİ  MİK Millətlər  Şurasının Rəyasət heyəti Ermənistan SSR Mərkəzi  İcraiyyə 
Komitəsinə tapşırmışdı ki, qısa müddət  ərzində milli azlıqlarla iş aparan şöbəni bərpa etsin, 
azərbaycanlı və kürd əhalisinin yaşadıqları rayonların aparatlarını milli kadrlarla əvəz etsin, milli 
azlıqlar içərisindən kadrlar hazırlasın, azərbaycanlıların və kürdlərin milli kolxozlarında 
torpaqların əbədilik olaraq onların istifadəsinə verilməsi haqqında fərman versin. 
Yuxarıda qeyd etdiyimiz qərarla  əlaqədar Berlində  nəşr edilən “Kutlu od” adlı milli 
Azərbaycan məcmuəsi “Ermənistanda türklər” məqaləsində yazırdı: “Sovet Azərbaycanında 
tədrisatın 15 dildə getdiyi, gərək maarif, gərəksə kommunist firqəsi təşkilatlarında bu millətlərə 
məxsus seksiyalar mövcud olduğu oxucularımıza məlumdur, Üstəlik, bir də “Muxtar Dağlıq 
Qarabağ” adıyla Azərbaycanın göbəyində bir Ermənistan dəxi yaradılmışdır. 
Məlum olduğu üzrə bugünkü Sovet Ermənistanında yaşayan azəri türkləri Qarabağdakı 
ermənilərin sayından az deyildir. Əcəba, bu yüz əlli minə varan qardaşlarımızın vəziyyəti nə 

haldadır? Onlara muxtariyyət verilmişmi? Dövlət müəssisələri yanında onlara məxsus ta bir 
seksiya mövcuddurmu? Milli kültürlərini inkişaf etdirmək üçün imkan və vəsaitə malikmidirlər? 
...Ermənistanda sayları 150 minə çatan türklər yox olmağa məhkum edilmişlər. Vəziyyət 
o qədər faciəvi imiş ki, Moskva bunu etiraf etməyə məcbur olmuşdur. Bir Moskva ki, özü rus 
olmayan millətləri boğazlamaq və məhv etməklə məşğuldur.”
1
 
1937-ci ilin payızında Ermənistanda güclənən repressiyaların dalğasının fonunda 
azərbaycanlılar daha ağır zərbə almış oldular. Xalq düşmənlərini, trotskiçi-buxarinçi cəsusları 
ifşa etmək məqsədilə AMikoyan, N.Yecov və L.Beriya Ermənistana gəlmişdilər. Mikoyanın 
recsissorluğu ilə keçirilən “təmizlənmə” prossesində Moskvaya belə  məlumat vermişdilər ki, 
Ermənistanda Araz və yuxarı Arpaçay boylarında yaşayan azərbaycanlılar guya elliklə 
Türkiyəyə keçmək fikrindədirlər. Ona görə  də  həmin ilin payızında və 1938-ci ilin yazında 
Vedibasar, Zəngibasar, Qəmərli, Eçmiədzin, Noktemberyan və Ağbaba rayonlarının Türkiyə ilə 
həmsərhəd kəndlərində yaşayan on minlərlə azərbaycanlılar kütləvi surətdə repressiyaya məruz 
qaldılar. Minlərlə ailə sürgün edildi. 
Ümumiyyətlə, Ermənistanda 30-cu illərdə 50 mindən artıq azərbaycanlılar repressiyaya 
məruz qalmışdılar. Bu aksiya icra edilən zaman heç bir müqavimətə rast gəlməyən Ermənistan 
rəhbərləri 40-cı illərin sonu, 50-ci illərin  əvvələrində daha bir aksiyanın azərbaycanlıların 
deportasiyası aksiyasının həyata keçirilməsinə nail oldular. 
 
1
 “Kutlu od” (“Kutlu od“) məcmuəsi, 1936-cı il, N 1, səh.28-29 
 
 

2.   1948-1953-cü İLLƏR DEPORTASİYASI. 


 
Ermənistanda azərbaycanlılara qarşı 1918-1920-illərdə soyqırım və 1930-1938-ci illərdə 
repressiya aksiyası  həyata keçirilməsinə baxmayaraq, Ermənistanın Türkiyə  və  İran sərhədləri, 
eləcə da Azərbaycan və Gürcüstan sərhədləri boyunca yenə  də  əsasən azərbaycanlılar 
yaşayırdılar.  İrəvan  şəhərinin  ətraf rayonları  ən münbit torpaqlar hesab edilirdi və  həmin 
rayonlarda da azərbaycanlılar əksəriyyət təşkil edirdilər. 
Ermənistan rəhbərlərinin qarşısında duran başlıca vəzifə İrəvan ətrafında və Türkiyə ilə 
sərhəd boyu münbit torpaqlarda yaşayan azərbaycanlıları  həmin  ərazilərdən köçürməyə nail 
olmaqdan ibarət idi. Bunun üçün isə ilk növbəda Moskvanın razılığı alınmalı idi. Xaricdə 
yaşayan ermənilərin Ermənistanda yaşamaq arzusunda olduqlarını, lakin onları yerləşdirmək 
üçün  ərazilərin azlıq təşkil etdiyini Stalinin nəzərinə çatdırmaq lazım gəlirdi. Çıxış yolunu isə 
türklərin Azərbaycanın aran rayonlarına köçürülməsində görürdülər. 
Xaricdə yaşayan ermənilərin Ermənistana köçürülməsi üçün məsələ qaldırmaq fürsətini 
onlar ilk dəfə 1943-cü ildə Tehran konfransı zamanı əldə etmişdilər. Konfransın gedişində zirək 
erməni diasporunun nümayəndələri SSRİ xarici işlər naziri Molotovla əlaqə yaratmış, onların 
Ermənistana köçürülməsi üçün Sovet rəhbərliyinin razılıq verməsini xahiş etmişdilər. Molotov 
İ.Stalinlə danışıqdan sonra onların köçürülməsinə razı olduqlarını bildirmişdi.

1945-ci ildə Ermənistan KP MK-nın birinci katibi Q.Harutyunov yenidən Qarabağın 
Ermənistana birləşdirilməsi məsələsini qaldırır. O, məsələ müsbət həll olunarsa, onda Qarabağın 
keçmiş mərkəzi və 1920-ci ildə dağıdılmış Şuşanın bərpası 
 
1
 Məmmədov İ., Əsədov S., Ermənistan azərbaycanlıları və onların acı taleyi (qısa tarixi oçerk) 
Bakı, 1992, səh.48. 112 
  
haqqında təkliflər hazırlayaraq Mərkəzi hökumətə  təqdim edəcəyini bildirir. Stalin həmin 
məktubu K.Malenkova, o da M.Bağırova göndərir. Bağırov cavab verir ki, etiraz etmir, lakin o 
şərtlə ki, Ermənistanın, Gürcüstanın və Dağıstanın  əsasən azərbaycanlılar yaşayan və tarixən 
Azərbaycanın olmuş  əraziləri onun özünə qaytarılsın. Beləliklə, məsələnin arzu olunmaz 
istiqamət alacağını hiss edən Moskva onun üstündən keçməli olur.
1
 Bundan sonra Ermənistan 

rəhbərləri öz taktikasını dəyişir. Xaricdən gətiriləcək erməniləri yerləşdirmək bəhanəsi ilə oradan 
azərbaycanlıların deportasiya edilməsinə nail olmağa çalışır. 
1945-ci ilin noyabrında Ermənistan hökumətinin vəsatətini əsas götürərək SSRİ hökuməti 
xaricdə yaşayan ermənilərin Sovet Ermənistanına köçurülməsi işinin təşkili haqqında qərar verir. 
Ermənistan hökuməti yanında repatriantların qəbulu və yerləşdirilməsi üzrə xüsusi komitə 
yaradılır və ermənilərin köçürülməsi nəzərdə tutulan ölkələrə respublika hökuməti öz 
nümayəndələrini göndərir. Artıq 1946-cı ilin əvvəlində 130 min erməni Ermənistana köçmək 
arzusunda olduğunu bildirir. “hncak” və “Ramkavar” partiyaları Ümumerməni Xeyriyyə İttifaqı 
köçürülmənin təşkili üçün 1 milyon dollar xərcləyir. 
Təkcə 1946-cı ildə Suriya, Yunanıstan, Livan, İran, Bolqarıstan və Rumıniyadan 50,9 
min nəfər, 1947-ci ildə Fələstin, Suriya, Fransa, ABŞ, Yunanıstan, Misir, İran və Livandan 35,4 
min nəfər erməni qəbul edilib Ermənistanda yerləşdirilmişdi. 
1948-ci il yanvarın 9-da “Sovet Ermənistanı” qəzeti baş  məqaləsində yazırdı: 
“Bolşeviklər Partiyası, Sovet hökuməti və  şəxsən Stalin yoldaşın qayğısı sayəsində öz doğma 
yurdundan uzun illər boyu didərgin düşərək yad ellərdə  səfilliklə  həyat keçirən 90 minə  qədər 
erməni öz doğma vətəninə - Sovet Ermənistanına qayıtmaq imkanı tapmışdır... Vətənə 
 
1
 Paşayev A., Köçurülmə, B.1995, səh. 7-8. 
2
 История армянского народа, İrəvan, 1980, səh.365. 
 
 qayıdan ermənilər böyük şadlıq və misli görünməmiş ruh yüksəkliyi ilə onlar üçün yeni olan 
həyata qoşulurlar. 
Sovet hökuməti vətənə qayıdan erməniləri aclıq və dilənçiliyinin girdabından xilas etmiş, 
onlara yeni həyat şəraiti yaratmışdır.” 
Göründüyü   kimi,    “millətlər   atası”  Stalinin sayəsində ermənilərə “yeni həyat”, 
azərbaycanlılara isl sürgünlər, didərginlik və deportasiya qismət olurdu. 
Ermənistan rəhbərləri köçürülmələrin 1946-cı ilə nisbətən 1947-ci ildə azalmasının 
səbəbini onunla izah edirdilər ki, xaricdən gələn ermənilər əsasən şəhər sakinləridir, onları dağlıq 
rayonlarda yerləşdirmək mümkün deyil, köçürülənlər isə yalnız  İrəvan və onun ətraf 
rayonlarında məskunlaşmaq istəyirlər. Ermənistan rəhbərliyi xaricdən gələn erməniləri qəsdən 
günlərlə dəmiryol stansiyalarında saxlatdırır, onlar arasında təbliğat aparırdılar ki, əgər İrəvanda 
və onun ətraf rayonlarında yerləşdirilməsələr, geriyə - xaricə qayıtmaq haqqında Moskvaya 
teleqramlar vursunlar. Onlar bütün bunların Sovet hökumətinin xarici ölkələrdə nüfuzuna təsir 
edəcəyini İ.Stalinin nəzərinə xüsusilz çatdırırdılar. Digər tərəfdən, xaricdən Ermənistana köçmək 
arzusunda olan minlərlə ermənilərin siyahısı hər gün Moskvaya təqdim edilirdi. 
Ermənistan KP MK-nın birinci katibi Q.Harutyunov “vəziyyətdən yekanə çıxış yolunu” 
Ermənistandan yüz min əhalinin Azərbaycanay keçürülməsində görür, İ.Stalindən buna razılıq 
verməsini xahiş edir. Ermənistan hökumətm köçürüləcək yaşayış  məntəqələrinin siyahısını 
əvvəlcədən hazırlamışdı. Bu siyahıya ilk növbədə  İrəvan  şəhəri və ona yaxın  Əştərək, 
Zəngibasar, Eçmiədzin, Noktemberyan, Artaşat (Qəmərli) Qarabağlar, Vedi, Yeğeqnadzor, 
Hrazdan (Axta), Əzizbəyov və s. rayonlar daxil edilmişdi. 
Ermənistan rəhbərləri Stalini başa salmışdılar ki, göçürülən azərbaycanlıları 
Azərbaycanın pambıq yetişdirilən rayonlarında, Muğan-Mil düzənliyində yerləşdirmək iqtisadi 
cəhətdən sərfəlidir. Çünki 1945-ci ildə SSRİ Nazirlər Soveti Kür-Araz ovalığının yenidən 
qurulması haqda qərar qəbul etmişdi. 
Ermənistandan azərbaycanlıların zorla Azərbaycana köçürülməsinə razılıq verən, isti 
iqlim  şəraiti və baxımsızlıq nəticəsində on minlərlə adamın tələf olmasında müqəssir hesab 
edilən Azərbaycan KP MK-nın birinci katibi Mircəfər Bağırovun məhkəməsi zamanı o, həmin 
prossesi belə  şərh etmişdi ki, 1947-ci ilin sonunda İ.Stalinin köməkçisi Poskrebışev ona zəng 
edib Stalinin onu çağırdıqını söyləyir. O, Moskvaya gedir və Stalinin qəbul otağında 
Q.Harutyunovla rastlaşır. Birlikdə Stalinin kabinetinə daxil olurlar. Stalin müqəddiməsiz filansız 
deyir: 

-Bağırov, bilirsən də ermənilər xaricdən Ermənistana gəlirlər. Harutyunovun da torpaı 
yoxdur. Sən öz azərbaycanlılarını oradan götür, onları  Muğanda, Mildə yerləşdirərsən. 
M.C.Bağırov deyir ki, yoldaş Stalin, bu asan məsələ deyil. İcazə verin qayıdım, Bakıda 
yoldaşlarla da məsləhətləşim. Məsələni yoluna qoymaqı götür-qoy edək. Stalin onun bu 
cavabından əsəbləşir və deyir: 
-Deyildi, əməl et! Qurtardı! 
M.C.Bağırovun Bakıya qayıtmasından bir qədər sonra yəni dekabrın 27-də SSRİ Nazirlər 
Soveti “Ermənistan SSR-dən kolxozcuların və başqa  əhalinin Azərbaycan SSR-in Kür-Araz 
ovalığına köçürülməsi haqqında” 4083 №-li qərar qəbul edir. 
Bu qərar Ermənistanda yaşayan Azərbaycan türkləri üçün qəfil və gözlənilməz olur. 
Dekabrın 23-də qəbul edilən qərarın özü də tələsik hazırlandıqından giriş və izahat verilməmişdi. 
Azərbaycan SSR Nazirlər Soveti 1948-ci il fevralın 2-də müvafiq qərar qəbul edir. 
SSRİ Nazirlər Soveti 10 mart 1948-ci ildə 4083 №-li qərara  əlavə olaraq “Ermənistan 
SSR-dən kolxozçuların  və digər azərbaycanlı əhalinin Azərbaycan  SSR-in  Kür-Araz ovalığına   
köçürülməsi ilə  əlaqədar tədbirlər haqqında 754 №-li qərar qəbul edir. Bundan sonra   
Azərbaycanda Köçürmə İdarəsi, Ermənistranda isə köçürmə komissiyası təşkil edilir. 
Ermənistan rəhbərliyinə  də elə bu lazım idi. 1948-ci ildə Suriya, Livan, Fransa, ABŞ, 
Misir, Bolqarıstan və Rumıniyadan cəmisi 10 minə yaxın erməni köçürülür. Beləliklə, xaricdən 
ermənilərin Ermənistana köçürülməsi dayandırılır. 
Ümumiyyətlə, 1946-1948-ci illərdə xaricdən Ermənistana təqribən 100 min erməni 
köçürülür.
1
 
1947-ci il 23 dekabr tarixi qərarında göstərilirdi ki, 1948-1950-ci illərdə “könüllülük 
prinsipi  əsasında” Ermənistan SSR-də yaşayan 100 min kolxozçu və digər azərbaycanlı  əhali 
Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülsün. 1948-ci ildə 10 min 1949-cu ildə 40 min və 
1950-ci ildə 50 min nəfərin köçürülməsi nəzərdə tutulurdu. Həmin qərarın 11-ci bəndində 
göstərilirdi ki, Ermənistan SSR Nazirlər Sovetinə icazə verilsin ki, azərbaycanlı  əhalini 
Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə  əlaqədar onların boşaltdıqları tikililəri 
öz yaşayış evlərini xaricdən Ermənistana gələn erməniləri yerləşdirmək üçün istifadə etsinlər. 
Azərbaycan SSR Nazirlər Sovetinin 1948-ci il 2 fevral tarixli qərarına əsasən 1948-ci ildə 
Ermənistandan köçürüləcək 10 min nəfər əhalini qəbul etmək və yerləşdirmək planlaşdırılmışdı. 
Qərarda Salyan, Saatlı, Sabirabad, Əli-Bayramlı, Puşkin Ağcabədi və  Xıllı rayon icraiyyə 
komitələrinə tapşırılmışdı ki, 1948-ci il fevralın 15-də köçürülənlərin yerləşdiriləcəyi 
kolxozlarda olan boş yaşayış evlərinin təmiri və bərpası üçün tikinti briqadaları yaratmaq, onları 
lazımi nəqliyyat vasitəsilə  təmin etmək, yaşayış evlərinin bir hissəsini köçürülənlərə vermək 
istəyən kolxozçuları aşkar etmək və uçota götürmək, kolxozlarda köçürülmə ilə əlaqədar geniş 
izahat işləri aparmaq lazımdır. 
Qərarın icra edilməsinin məcburiliyi ona gətirib çıxarmışdı ki, mülayim iqlim şəraitinə, 
bulaq suyuna adət etmiş əhalinin xeyli hissəsi  
 
1
 История армянского народа, səh. 365.  
 
Kür-Araz ovalığında ictimai binalarda yatalaqdan, qızdırmadan, malyariyadan və digər yolxucu 
xəstəliklərdən məhv oldular. 
Ümumiyyətlə, 1948-ci il noyabrın 1-nə qədər 1799 təsərrüfat, (7747) nəfər köçürülmüş, 
üstəlik, 429 ailə (2834 nəfər) köçürülməsi nəzərdə tutulan və tutulmayan rayonlardan müxtəlif 
təzyiqlərə məruz qaldıqları üçün pərakəndə halda Azərbaycana köçmüşdülər. 
Həmin ilin dekabrında 129 təsərrüfatda birləşən 462 nəfər də köçür. Onlardan 65 ailə 
Noyemberyan rayonunun Körpülü kəndinin, 64 ailə isə  İrəvan  şəhərinin sakinləri olmuşlar1. 
Ümumiyyətlə, rəsmi məlumatla 1948-ci ildə Ermənistandan Azərbaycana 6298 ailə (24631 
nəfər) köçürülmüşdür. 
1949-cu ilin sentyabrın 21-də  vəziyyətin dözülməz olduğunu nəzərə alaraq Azərbaycan 
SSR Nazirlər Soveti SSRİ Nazirlər Sovetinə müraciət edir ki, həmin il üçün köçürülmə planını 

10 min nəfərə endirsin. 1949-cu ilin oktyabr ayına olan məlumata görə 983 təsərrüfat ( 4000 min 
nəfər) keçürülmüş, 1500 təsərrüfatı birləşdirən 6000 min nəfərə isə köçürülmə biletləri 
verilmişdi. Hətta Ermənistanda benzin çatışmadığından köçürmə planını yerinə yetirmək 
məqsədilə Azərbaycan öz yanacaq fondundan əhalini dəmiryol stansiyalarına gətirmək üçün 60 
min ton benzin ayırır. Ümumiyyətlə, 1949-cu ildə Ermənistandan 12306 ailə (54373 nəfər) 
köçürülür. Köçürülənlər  əsasən Zərdab,  Əli-Bayramlı, Kürdəmir, Göyçay, Mirbəşir, Salyan, 
İmişli, Sabirabad və Yevlax rayonlarında yerləşdirilir. 
Azərbaycan SSR Nazirlər Soveti 1950-ci ildə 2419 ailənin (14361 nəfər) köçürülməsi 
üçün qərar qəbul etsə də, həmin il 65 min nəfər köçürülür. 1948-1950-ci illərdə Ermənistan SSR-
dən köçürülmüş ailələrdən yalnız 4878-ni yaşayış evləri ilə təmin etmək mümkün olur. 
1951-ci ilin əvvəlindən köçürülən  əhalinin bir hisəsi məcbur olub Ermənistana - 
boşaldılmış kəndlərə qayıdırlar. Geri qayıtmanın kütləvi şəkil 
 

Paşayev. A, “Köçürülmə”, səh.16-17 
 
alacağından ehtiyat edən Ermənistan rəhbərliyi böyük hay-küy qaldırır, onları  qəbul etməkdən 
imtina edir. Əslində isə xaricdən gələn erməniləri yerləşdirmək adı altında köçürülən kəndlər 
əsasən boş qalırdı. Xaricdən gələnlərin cüzi hissəsi kənd rayonlarına gedirdilər. Hər cür yağlı 
vədlərlə  gətirilən ermənilərin  əksəriyyəti özlərini aldadılmış hesab edir, sosial inkişaf 
baxımından bərbad vəziyyətdə olan azərbaycanlı  kəndlərinə ayaq qoymaq istəmirdilər. 
Ermənilər kütləvi surətdə gəldikləri ölkələrə qayıtmağa can atırdılar. 
1951-ci ildə Ermənistandan 1500 ailənin Kür-Araz ovalığına köcürülməsi planlaşdırılır. 
Onlardan 400 ailə  İrəvan  şəhərinin sakinləri nəzərdə tutulurdu. 1952-ci ildə Azərbaycan SSR 
Nazirlər Sovetinin köçürmə planı haqqında qəbul etdiyi qərarda 1200 təsərrüfatın köçürülməsi 
nəzərdə tutulur və ilin  axırında bu plan 124,6 faiz yerinə yetirilir. Nəmin illərdə eyni zamanda 
qeyri-rəsmi surətdə Ermənistandan Azərbaycana mindən çox ailə köçüb gəlmişdi. 
1948-1953-cü illərdə Ermənistandan 144 654 nəfər doğma ev-eşiyindən zorla köçürülür
1

1953-cü ildə İ.Stalinin elümündən sonra köçürmə dayandırılır və əhalinin geriyə qayıtma 
prossesi surətlənir. Ermənistandan azərbaycanlıların deportasiyası ilə yanaşı, yaşayış 
məntəqələrinin adlarının dəyişdirilməsi, təhsil və mədəniyyət ocaqlarının bağlanması, rayonların 
birləşdirilməsi  əməliyyatı aparılırdı. Təkcə 1947-1953-cü illərdə 60-dan artıq yaşayış 
məntəqələrinin adları  dəyişdirilmişdir. Ermənistan SSR Ali Sovetinin 19 sentyabr 1950-ci il 
fərmanı ilə  aşağıdakı  dəmiryol stansiyalarının adları  dəyişdirilmişdir: Kolagirən - Tumanyan, 
Hamamlı - Spitak, Ortakilsə - Maisyan, Tomardaş -Vardakar, Arpaçay - Axuryan, Buğdaşen - 
Baqravan, Qaraqula - Gedap, Ələyəz - Araqats, Boğudlu - Arteni, 
 
1
 Sərdarov Z., “Ən böyük tarixi ədalətsizlik” məqaləsi, ”Xalq qəzeti”, 26 dekabr 1997-ci il. 
 
Qaraburun - Qarmraşen, Qamışlı - Sovetaşen, Uluxanlı - Masis, İmanşahlı - Mxçyan, Qəmərli -
Artaşat, Şirazlı - Ayqavan. 
1951-ci il martın 19-da verilən fərmanla Dilican rayonu İcevanla,  Əzizbəyov rayonu 
Mikoyan rayonu ilə,  Ələyəz rayonu Abaranla, Qarabaqlar rayonu Vedi ilə, Qukasyan rayonu 
Amasiya ilə birləşdirilmişdi. Kadr məsələləri həll edildikdən, yəni azərbaycanlı kadrlar çıxdaş 
edildikdən sonra bəzi rayonları sonralar yenidən ayırmışdılar. 
Ermənistandan zorakı keçürülmə aksiyasını  həyata keçirdikdən sonra türkdilli əhalinin 
azalmasını  əsas götürərək rayon və respublika səviyyəli türkdilli kadrları ermənilərlə  əvəz 
edilməyə başlamışdılar. Qarabağlar, Vedi, Zəngibasar, Krasnoselo rayonlarının partiya 
komitələrinin birinci katibləri, digər 10 rayonda isə ikinci və üçüncü katiblər dəyişdirilərək 
yerinə ermənilər təyin edildilər. 
Sonralar isə Ermənistan KP MK-nın təşkilat məsələləri   üzrə   katibi   Məmməd   
İsgəndərov,   kənd təsərrüfatı  şöbəsinin müdir müavini Rəhim Allahverdiyev, MK-nın məsul 
təşkilatçısı Cümşüd Sultanov, kənd təsərrüfatı nazirini müavini Hüseyn Məmmədov, Ermənistan 

SSR Ali Sovetinin sədr müavini Mirzə  Bəşirov tutduqları  vəzifələrdən azad edildilər. Məsul 
vəzifələrdə işləmiş azərbaycanlıların Azərbaycana axını sürətləndi. 
Bütün bunlarla yanaşı 13 rayonda Azərbaycan dilində  çıxan qəzetlərdən 9-nun nəşri 
dayandırılır. Azərbaycan teatr sənətinə görkəmli sənətkarlar bəxş edən  İrəvan teatrı köçürmə 
illərinin hər cür təzyiq və sıxıntılarına baxmayaraq, 1948-1949-cu illərdə “Məşədi İbad”, “Leyli 
və Məcnun”, “Eşq və intiqam”, “Şah İsmayıl” kimi əsərləri tamaşaya qoymuşdu. Bütün bunlara 
baxmayaraq, teatr Basarkeçər rayonunun tamamilə ermənilər yaşayan mərkəzinə köçürüldü. 
Ermənistanda ali təhsilli azərbaycanlı kadrların çoxalmasına imkan verməmək məqsədilə 
ilk növbədə X.Abovyan adına İrəvan Pedaqoji İnstitutunun Azərbaycan dilində olan fakültələri - 
dil-ədəbiyyat, tarix, coğrafiya, fizika-riyaziyyat fakültələri, Ermənistan Dövlət Qiyabi Pedaqoji 
İnstitutunun eyniadlı fakültələri bağlanaraq Bakıdakı müvafiq institutlara köçürüldü. Azərbaycan 
elminə görkəmli xadimlər bəxş etmiş  İrəvan Azərbaycanlı Pedaqoji Texnikumu bağlanaraq 
Xanlar rayonuna köçürlüdü. Bir qədər  əvvəl, yəni müharibə illərində Leninakanda (Gümrüdə) 
fəaliyyət göstərən və Zaqafqaziyada yeganə olan Süd Sənaye Texnikumunun azərbaycanlı şöbəsi 
də bağlanmışdı. 
Ermənistan rəhbərləri xaricdən gələn erməniləri yerləşdirmək bəhanəsi adı altında 
Naxçıvanla Ermənistan arasındakı ərazilərdə xeyli miqdarda erməni əhalisinin yerləşdirilməsinə 
nail oldular. İrəvan şəhərinin əhatəsindən köçürülən azərbaycanlıların əvəzinə erməniləri 
məskunlaşdırdılar. Köçürülmə  nəticəsində  İrəvan  ətrafındakı  Əştərək, Qarabağlar, Qəmərli,    
Vedi, Zəngibasar, Hoktemberyan, Eçmiədzin rayonlarının və Arpa-Sevan (Göycə) xətti      
ətrafında      yerləşən rayonların müsəlmanlar yaşayan  münbit torpaqları ermənilərin əlinə keçdi. 
Türkiyə ilə  sərhəd boyunda yerləşən Vedi, Zəngibasar, Noktemberyan rayonlarının azərbaycanlı 
əhalisini köçürməklə ermənilər özləri üçün “etibarlı  sərhəd zolağını” təmin etdilər. Amasiya 
rayonu bir tərəfdən Türkiyə, digər tərəfdən Gürcüstanın ermənilər yaşayan  Boqdanovka və 
Axılkələk rayonları arasında  yerləşdiyindən, Ermənistan rəhbərliyi  həmin    rayonu da 
köçürmək qərarına gəlmişdi. “Ermənistanın Sibiri” adlandırılan Amasiya rayonunun Qarabulaq, 
Qızılkənd, Şurabad və Daşkörpü kəndləri  Azərbaycanın   aran rayonlarına köçürülmüşdü. Lakin 
sonralar Amasiyadan köçürülmə prossesi dayandırılmışdı. Çünki köçürülən  kəndlərdə  kənardan  
heç  bir  erməni  gəlib məskunlaşmaq istəmədiyindən, kəndlər boş qalırdı. Bu isə iqtisadi 
cəhətdən Ermənistan hökumətinə əl vermirdi. Çünki Ermənistanın  heyvandarlıq məhsulları ilə 
təmin edilməsində Amasiya rayonunun xüsusi yeri var idi. 
Əgər 1948-1953-cü illərdə Ermənistandan 150 minə yaxın  əhali deportasiya edilərək 
Azərbaycana köçürülməsəydi və bu köçürülmə ilə yanaşı  mədəni-maarif ocaqları 
bağlanmasaydı, rəhbər kadrlar sıxışdırılıb çıxarılmasaydı, azərbaycanlı  əhalinin təbii artımı 
nəticəsində 80-cı illərin sonunda Ermənistanda azərbaycanlıların sayı ermənilərin sayına 
yaxınlaşacaqdı. Bu təhlükəni Ermənistan rəhbərləri  əvvəlcədən hiss edir və vaxtında tədbir 
görürdülər. 
Ermənistandan azərbaycanlı  əhalinin köçürülməsi ilə  əlaqədar o dövr Ermənistan 
mətbuatı, o cümlədən “Sovet Ermənistanı” qəzeti heç bir iz buraxmamışdır. 1948-1953-cü illərdə 
“Sovet Ermənistanı” qəzetinin səhifələrində yalnız onu müşahidə etmək olur ki, kəndlərdə 
əhalinin milli tərkibi tədricən dəyişir, müsəlman kəndləri erməni kəndlərinə çevrilir. 
Araşdırmalar göstərir ki, 1948-1953-cü illərdə azərbaycanlıların indiki Ermənistan 
ərazisindəki tarixi-etnik torpaqlarından deportasiyası haqqında SSRİ hökumətinin qərarı 
artıqlaması ilə yerinə yetirilmişdir. həmin qərarla Ermənistanın 23 rayonundan 100 min 
azərbaycanlı əhalinin könüllü köçürülməsi nəzərdə tutulmuşdusa da, əslində qərarın icrası zorakı 
təzyiqlər vasitəsi ilə  həyata keçirilmiş, 24 rayondan və  İrəvan  şəhərindən (200 yaşayış 
məntəqəsindən) 150 minə yaxın azərbaycanlı deportasiya edilmişdi. 
1989-cu ildə SSRİ hökuməti 40-cı illərdə deportasiyaya məruz qalmış xalqların 
hüquqlarının bərpası haqqında qərar qəbul etsə  də 1948-1953-cü illərdə Ermənistandan 
deportasiya edilmiş azərbaycanlılar həmin xalqların siyahısına daxil edilmədi. Prezident 
H.Əliyevin 18 dekabr 1997-ci il tarixli fərmanı həmin illərdə xalqımıza qarşı həyata keçirilmiş 

tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsi, onun beynalxalq ictimaiyyətin nəzərinə 
çatdırılması üçün zəmin yaratmışdır. 
1948-1953-cü illərdə indiki Ermənistandan deportasiyaya məruz qalmış azərbaycanlı 
yaşayış məntəqələrinin siyahısı kitabın əlavə sənədlər hissəsində verilir. 
  
?


iki-yol-seebilirdi-tek.html

ikilokalkompter--.html

ikinci---drs-plani-5-v-7.html

ikinci-drs---bismillair.html

ikinci-faklt-aqronomluq-6.html