1 ... 18 19 20 21 22 23 24 25 ... 266

III FƏSİL AZƏKBA YCAj\ CİNA YƏT-PROSESSUAL QANUNVERİCİLİYİNİN İNKİŞAFI

səhifə22/266
tarix14.02.2018
ölçüsü6.32 Mb.

III FƏSİL AZƏKBA YCAj\ CİNA YƏT-PROSESSUAL QANUNVERİCİLİYİNİN İNKİŞAFI 

 

inqilabi  qanunçuluğu  möhkəmləndirmək  məqsədi  ilə  1922-ci  il 

mayın 28-də  ÜRMİK-in III  sessiysmda  “Prokuror  nəzarəti haqqında” 

Əsasnamə  qəbul  edildi.  Bunun  da  əsasında  Azərbaycan  SSR  MİK 

1922-ci  il  iyulun  11-də  “Azərbaycan  SSR  dövlət  prokurorluğu 

haqqında” 

(162.  S.384). 

Dekret  qəbul  etdi.  Adı  çəkilən  dekret  ilə 

Azərbaycan SSR-də Sovet prokurorluğunun əsası qoyulur, onun təşkili, 

fəaliyyəti və tabeçilik prinsipləri dəqiqləşdirilir. 

Azərbaycan  MİK-in  “Azərbaycan  SSR-in  dövlət  prokurorluğu 

haqqında”  11  iyul  1922-ci  il  tarixli  Dekretinin  2-ci  bəndinə  əsasən 

prokurorluq: a) qanunu pozan qərarlardan şikayət verilməsi və təqsirli 

şəxslərə  qarşı  cinayət  təqibinə  başlanması  yolu  ilə  bütün  hakimiyyət 

orqanlarının,  təsərrüfat  idarələrinin,  ictimai  təşkilatların  və  ayrı-ayrı 

şəxslərin  hərəkətlərinin  qanuniliyinə  nəzarəti  həyata  keçirirdi;  b) 

istintaq orqanlannın işinə göz qoyurdu; c) məhkəmədə dövlət adından 

ittihamı  müdafiə  edirdi;  ç)  həbsdə  saxlamanın  düzgünlüyünə  nəzarət 

edirdi 

(161. s.30-31).

 

Yuxarıda  adı  çəkilən  dekretə  əsasən  təşkil  edilən  prokurorluq  təş- 

kilati cəhətdən müstəqil dövlət orqanı deyildi və əslində şöbə qismində 

Azərbaycan  SSR  Xalq  Ədliyyə  Komissarlığının  tərkibinə  daxil  idi. 

Prokurorluğa  eyni  zamanda,  xalq  ədliyyə  komissarı  olan  respublika 

prokuroru başçılıq edirdi. O, hər il öz fəaliyyəti haqqında Azərbaycan 

MİK-in Rəyasət Heyəti qarşısında hesabat verirdi. 

Azərbaycan  MİK-in  11  iyul  1922-ci  il  tarixli  Dekreti  istintaq 

orqanlarının  vəziyyətində  heç  bir  dəyişiklik  etmədi.  O,  ikiqat 

tabeçilikdə  olmaqla,  inzibati  və  təsərrüfat  məsələlərində  məhkəməyə, 

əməliyyat məsələlərində isə prokurorluğa tabe idi. 

Prokurorluğun səlahiyyətləri 22 iyul 1922-ci il tarixli Xalq Ədliyyə 

Komissarlığı  haqqında  Əsasnamə 

(145) 


ilə  bir  qədər  genişləndirilir, 

əvvəllər  Xalq  Ədliyyə  Komissarlığı  tərəfindən  həyata  keçirilən 

məhkəmə  orqanlannın  fəaliyyətinə  nəzarət  funksiyası  prokurorluğa 

həvalə edilir. Əsasnaməyə görə, prokurorluq xalq məhkəmələrinin ayn- 

ayn  hökm  və  qərarlarına  nəzarət  qaydasında  baxmaq  və  yeni  açılmış 

hallara görə işləri təzələmək hüquqlan əldə edir. 

Prokurorluğun  ilk  başlanğıcdan  Xalq  Ədliyyə  Komissarlığının 

tərkibinə  daxil  olması  prokurorluq  haqqında  normaların  məhkəmə 

quruluşu haqqında qanunvericiliyə daxil edilməsini şərtləndirmişdir. 

Mirağa Cəfərquliyev 

Məhkəmə  quruluşu  haqqında  1922-ci  il  Əsasnaməsi  dövlət 

prokurorluğuna təhqiqat və istintaq orqanlannm fəaliyyətinə nəzarət və 

məhkəmədə  ittihamın  müdafiəsi  funksiyalarını  həvalə  etsə  də, 

prokurorluğun təşkili və fəaliyyət qaydasını müfəssəl nizama salmırdı. 

Buna görə də Azərbaycan MİK-in 17 noyabr 1923-cü il tarixli Dekreti 

ilə  Azərbaycan  SSR-in  məhkəmə  quruluşu  haqqında  1922-ci  il 

Əsasnaməsinə dövlət prokurorluğu haqqında xüsusi bölmə daxil edildi 

(163.S.499). 

Xalq  Ədliyyə  Komissarlığı  nəzdində  prokurorluq  şöbəsi 

təsis  edildi.  Şöbəyə  rəhbərlik  respublika  prokurorunun  təqdimatı  ilə 

Azərbaycan MİK-in Rəyasət Heyəti tərəfindən təyin edilən respublika 

prokurorunun köməkçisinə həvalə edilir. 

Respublika  prokuroruna  respublika  ərazisindəki  bütün  orqan  və 

idarələrin fəaliyyətinin nəzarət funksiyası həvalə olunmuşdu. O, bütün 

orqan  və  idarələrin  qanunsuz  sərəncam  və  qərarlarından  Xalq 

Komissarları  Sovetinə  və  Azərbaycan  MİK-nin  Rəyasət  Heyətinə 

protest  vermək  səlahiyyətinə  malikdir.  Beləliklə,  Azərbaycan  MİK-in 

17  noyabr  1923-cü  il  tarixli  Dekreti  özündən  əvvəl  qüvvədə  olan 

qanunvericiliklə müqayisədə prokurorluq orqanlarının fəaliyyətini daha 

təfsilatı ilə nizama salırdı. 

Qeyd  etmək  lazımdır  ki,  SSRİ-nin  təşkili  və  1924-cü  il 

Konstitusiyasının  qəbul  edilməsi  ilə  əlaqədar  olaraq  Azərbaycan 

SSR-in məhkəmə quruluşunda müəyyən dəyişikliklər edildi. 

Cinayət-prosessual  qanunvericilik  ilə  bağlı  daha  bir  əlamətdar 

hadisə baş verdi. Azərbaycan SSR-in ilk Cinayət-Prosessual Məcəlləsi 

1923-

  cü  il  iyunun  16-da  Azərbaycan  SSR  MİK-in  III  sessiyası 

tərəfindən qəbul olundu və 1923-cü il sentyabrın 25-də qüvvəyə mindi 

(162.  S.384). 

Azərbaycan  SSR  CPM-in  qəbul  edilməsi  respublikada 

cinayət- prosessual qanunvericiliyin inkişafında yeni bir vacib mərhələ 

oldu.  Cinayət-Prosessual  Məcəllə  istintaq  və  məhkəmə  orqanlarının 

cinayət işlərinin istintaqı və həll edilməsi üzrə fəaliyyətini dəqiq nizama 

salan  prosessual  normaların  mükəmməl  sistemini  yaratdı.  O,  cinayət- 

prosessual 

hüquq 


sahəsində 

qanunçuluğun 

daha 

da 


möhkəmləndirilməsində, 

vətəndaşların 

hüquqları 

və 


qanuni 

mənafeyinin  ciddi  surətdə  qorunmasında,  respublikamızın  məhkəmə, 

prokurorluq, istintaq və təhqiqat orqanlarının fəaliyyətində mühüm rol 

oynadı. 


III FƏSİL AZƏRBAYCAN CİNAYƏT-FROSESSUAL QANUNVERİCİLİYİNİN 

İNKİŞAFI 

Azərbaycan  SSR  1923-cü  il  CPM-i  bir  sıra  dəyişikliklər  və 

əlavələrlə  1961-ci  il  martın  1-nə  kimi  qüvvədə  olmuşdur. 

Cinayət-Prosessual  Məcəllə  işlənib  hazırlanarkən  Azərbaycanda  və 

RSFSR-də  məhkəmə  haqqında  verilən  dekretlərlə  müəyyən  edilmiş 

prosessual  forma-  lann  üç  ildən  artıq  təcrübəsi  ümumiləşdirilmiş  və 

nəzərə alınmışdır. 

Qeyd  etmək  lazımdır  ki,  Azərbaycan  SSR  CPM-i  tərtib  edilərkən 

RSFSR-in  cinayət-prosessual  qanunvericiliyinin  məcəllələşdirilməsi 

sahəsindəki  təcrübəsindən  bilavasitə  istifadə  olunmuşdur.  Belə  ki, 

RSFSR-in 1922-ci ildə qəbul edilmiş ilk Cinayət-Prosessual Məcəlləsi, 

həmçinin 

bütün 

müttəfiq 

respublikaların 

cinayət-prosessual 

məcəllələrinin  işlənib  hazırlanması  üçün  nümunə  olmuşdur.  Məcəllə 

altı bölmə, 32 fəsil və 453 maddədən ibarət idi. 

Adı  çəkilən  məcəllənin  birinci  bölməsində  əsas  müddəalardan, 

məhkəmə 


aidiyyətindən, 

məhkəmə 


tərkibindən, 

tərəflərdən, 

sübutlardan, protokollardan, müddətlərdən və məhkəmə məsrəflərindən 

söhbət aparılırdı. 

CPM-in  ikinci  bölməsində  cinayət  işi  başlama,  ibtidai  istintaq  və 

məhkəməyə  vermə  mərhələlərinin  həyata  keçirilməsinin  prosessual 

qaydaları nizama salınırdı. 

Məcəllənin üçüncü bölməsi “Xalq məhkəməsində icraat” adlanırdı. 

Burada  məhkəmə  iclasının  hazırlıq  hissəsi,  məhkəmə  istintaqı, 

tərəflərin  çıxışı  və  müttəhimin  son  sözü,  hökmün  çıxaniması,  xalq 

məhkəməsinin  hökmlərindən  və  qərardadlarından  şikayət  vennənin 

prosessual  qaydaları,  qiyabi  hökmlərin  və  məhkəmə  əmrlərinin 

çıxarılma əsasları və qaydaları, habelə yeni açılmış hallara görə işlərin 

təzələnməsi icraatı məsələlərindən bəhs edilirdi. 

Cinayət-Prosessual  Məcəllənin  dördüncü  bölməsi  dairə  xalq 

məhkəmələrində  icraat  adlanırdı.  İki  fəsildən  ibarət  olan  bu  bölmədə 

dairə  xalq  məhkəməsinin  birinci  instansiya  və  kassasiya  instansiyası 

kimi fəaliyyətinin prosessual qaydaları nizama salınırdı. 

Məcəllənin  beşinci  bölməsi  olan  “Ali  Məhkəmədə  icraat”  30  və 

31-ci  fəsilləri  özündə  birləşdirirdi.  Bu  bölmənin  birinci  fəslində  Ali 

Məhkəmənin kassasiya və nəzarət instansiyası kimi fəaliyyətini nizama 

salan  normalar  cəmləşdirilmişdi.  Burada  dairə  xalq  məhkəmələrinin 

qanuni  qüvvəyə  minmiş  hökmləri  üzrə  işin  təzələnməsi  qaydasını 

müəyyən edən bir sıra normalar da öz əksini tapmışdı. Həmin bölmə 



:

files -> book
book -> Kendi Kendine
book -> Qabriel Qarsia Markes "Patriarxın payızı" Roman Latın Amerikasının Nobel mükafatı laureatlı dünyaşöhrətli yazı
book -> MahirəNərimanqızı
book -> Qarabağ müharibəsi (Qısa tarix)
book -> Alfred Besterdən “Qoca” əsəri
book -> Orxan Bahadırsoy Pyeslər Orxan Elsevər oğlu Bahadırsoy
book -> Orxan bahadirsoy orxan Elsevər oğlu Bahadırsoy
book -> İntiharın kölgəsi Dr. Əfzələddin Rəhimli


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


ikkinchi-tartibli-xususiy.html

ikkinchibobyuzasidanhulos.html

ikkinchidan---toshkent.html

ikkinchikosmiktezlik--.html

ikkinchiqism---va.html