1 ... 37 38 39 40 41 42 43 44 ... 110

Мцгяддимя - səhifə 41

səhifə41/110
tarix17.09.2017
ölçüsü2.8 Kb.
növüDərs

124 
 
bütün  dünyanı  aid  edir,  çünki  insan  ondan  öz  maraqları  və 
mənafelərini  ödəmək  üçün  istifadə  edə  bilir.  Bunun  üçün 
insanın daxilində kifayət qədər güc var. 
Engels  Fridrix  (1820-1895)  alman  filosofudur.  O, 
fəlsəfi-əxlaqi ideyaları ilk növbədə mövcud cəmiyyətin tənqidi 
təhlili  əsasında  öyrənməyə  çalışırdı.  Sol  “kiçik”  hegelçilərin 
itopik  tənqidi  ideyalarından  tədricən  uzaqlaşan  Engels 
göstərirdi  ki,  insan  fəaliyyəti  xarakterini  dəyişmək  üçün  ilk 
əvvəl  onun  öz  daxilində  “əməyin  parçalanması”nın,  yəni 
özgələşmə  prosesinin  qabağını  almaq  lazımdır.  Engelsin 
təsəvvürlərinə  görə  gələcək  kommunizm  cəmiyyətində  əmək 
insanın  ilk  tələbatına  çevriləcək,  sosial  aləmin  humanist 
yenidənqurulması  baş  verəcək,  insan  fəaliyyəti  tam  sərbəst 
olacaqdır.  “İnsanın  həyatından  bütün  fövqəltəbii,  fövqəlinsani 
olanı  aradan  qaldırmaq  lazımdır.  Tarix  insan  tərəfindən 
yaradılır və insan bütün həyati münasibətlərin meyyarı, ölçüsü 
olmalıdır”.  Yeni  dünyada  sırf  insani,  əxlaqi  münasibətlər 
qurulmalıdır.  Abstrakt  şəkildə  burada  kommunist  idealı  təsvir 
olunur.  Engels  bu  cəmiyyətin  əsas  vəzifəsini  hərtərəfli  inkişaf 
etmiş şəxsiyyətin formalaşdırılmasında görürdü. 
K.Marks  ilə  birgə  yazdığı  “Alman  ideologiyası”  (1845-
1846)  əsərində  o,  əxlaqın,  mənəviyyatın  tarixi  təkamülünü 
izləməyə çalışır. Engels Feyerbaxın əxlaqi ideyalarının abstrakt 
olduğu üçün onları tənqid edirdi. 
“Anti-Dürinq”  əsərində  o  göstərirdi  ki,  hər  bir  əxlaq 
nəzəriyyəsi  son  nəticə  etibarilə  cəmiyyətin  müəyyən  inkişaf 
mərhələsinin  iqtisadi  vəziyyəti  ilə  sıx  bağlıdır.  Əxlaq  sinfi 
xarakter  daşıyır,  çünki  müxtəlif  siniflərin  (sosial  qruplar) 
mövqeyindən  sosial  hadisələri  qiymətləndirir.  Əsil  əxlaq 
sinifsiz cəmiyyətdə mümkündür. 
Marks Karl (1818-1883) alman filosofu olaraq, fəlsəfi  – 
etik baxışlarını formalaşdırmağa cəhd etmişdir. O, hesab edirdi 
ki, insanların ictimai tarixi yalnız onların fərdi inkişafı tarixidir. 
Marks insanın cəmiyyətdə özgələşmənin səbəblərini araşdırmış, 

125 
 
burada istehsal münasibətlərinin rolunu göstərmişdir. Şəxsiyyət 
ictimai  münasibətlərin  məcmusu  olduğu  üçün  onun  mənəvi 
inkişafı  ictimai  sərvətlərin  tam  zənginliyi  şəraitində  mümkün 
olacaqdır. 
Danimarkalı  filosof  Syören  Kyerkeqor  (1813-1855) 
hesab edirdi ki, insan allahla birbaşa, kilsə vasitəçiliyi olmadan 
ünsiyyətdə olmalıdır. Kyerkeqor etik problemlərə xüsusi maraq 
göstərirdi.  O,  hesab  edirdi  ki,  Hegel  və  rasionalizm 
nümayəndələri  insan  fərdinin  subyektiv  yaşayışını  qəbul 
etmirdilər;  əslində  bu  yaşayış  insanın  özü  qədər  realdır.  İnsan 
özünü,  dünyanı  ekzistensial  baxımından,  yəni  əsil  varlıq 
şəklində dərk edib qiymətləndirməyi bacarmalıdır. Dünya ölüm 
ayağındadır, onu ümüdsizlik bürüyüb. Burada paradokslar, yəni 
əksliklər  xeyli  artmışdır.  Fərd  yalnız  öz  mövcudatını 
düşünməli,  öz  duyğuları,  xatirələri,  daxili  aləmini  nəzərdən 
keçirməlidir.  Kyerkeqor  həyatın  üç  mərhələsini  göstərmişdir: 
estetik (burada insan heç vaxt reallaşmayan imkanlarla rastlaşır, 
burada o ani, ötəri bir hallarla, uydurulan həyatla yaşayır), etik 
(bu zaman insan real olaraq  yaşayır, onda öz  yaşamasına görə 
məsuliyyət  hissi  əmələ  gəlir;  bu  mərhələyə  sabitlik  və 
təəssüratlanma  dərinliyi,  “Mənin”  təhlili  xasdır),  dini  (insan, 
hansısa  dilemmanı  həll  etdikdə,  sonu  olanı  yox,  əbədi  olanı 
seçir). 
  Beləliklə,  Kyerkeqor  əsas  etik  problemi  həm  də  dinlə 
əlaqələndirirdi: insan, dini qəbul edərək, daima allah qarşısında 
borclu olduğunu düşünür. Kyerkoqorun etik ideyaları öz əksini 
“Həzzalma  və  borc”,  “Qorxu  anlayışı  haqqında”  (1844) 
əsərlərində tapmışdır. 
Spenser  Herbert  (1820-1903)  ingilis  filosof-pozitivist, 
təkamülçü  əxlaqın  nümayəndəsi  olmuşdur.  Spenser  hesab 
edirdi  ki,  ümumdünya  təkamül  prosesi  baş  verir  ki,  buna  həm 
təbiət,  həm  də  cəmiyyət  cəlb  edilmişdir.  Spenser  əxlaqı  bütün 
canlılara  xas  olan  davranışın  xüsusi  hadisə  olduğunu 
göstərmişdir. Əxlaq təkamülün ən ali nəticəsi və yekunudur. O, 

126 
 
hesab  edirdi  ki,  “bir  sıra  həqiqətlər,  o  cümlədən  mənəviyyat 
haqqında  təlim  var  ki,  mahiyyət  etibarilə  fiziki  aləmin 
həqiqətləri  isə  üst-üstə  düşür.  Bəşəriyyətin  can  atdığı  şeylərin 
nizamı əslində bütün təbiətin  can atdığı  nizamdır”. Utilitarizm 
nümayəndələri kimi, Spenser də hesab edirdi ki, mənəviyyatın 
əsasında  insanın  xoşbəxt  olmasına  olan  meylləri  durur,  bu  da 
ümumi  təkamülün  bir  tərəfi  və  elementidir.  Təkamül 
nəticəsində mənəviyyat cəmiyyətə xas olan altruizm və eqoizm 
arasında (həm təbiətdə, həm də cəmiyyətdə) gedən mübarizəni 
yumşaltmaq  vasitəsi  kimi  çıxış  edir.  Spenserə  görə  insan 
davranışı  tarixən  bir  neçə  mərhələ  keçir  ki,  bunun  nəticəsində 
əxlaqi hisslər və anlayışlar yaranır və təkmilləşir, şərdən xeyirə 
doğru nizamlı keçid reallaşır.  
İnsan davranışı tədricən həyat şəraitinə, insanın bir canlı 
növ  olaraq  həyat  şəraitinə  uyğunlaşaraq  onun  qorunub 
yaşamasına  istiqamətləndirilmişdir.  Nəticədə  insan  və 
cəmiyyətin  məziyyətləri  üst-üstə  düşməyə  başlayır,  insan 
davranışı ideala  yaxınlaşır, şəxsiyyət və cəmiyyət arasında hər 
hansı bir ziddiyyət aradan qaldırılır, burada tarazlıq əldə edilir. 
Fərdin  öz  tələbatlarına  yönəldilmiş  hərəkətləri  eyni  zamanda 
bütün 
cəmiyyətin 
tələbatlarının 
ödənilməsinə 
imkan 
yaradacaqlar.  Spenser  həyatın  əsas  qaydasını  belə  ifadə  edir: 
“ictimai şəraitlə müəyyən edilmiş həddlərdə şəxsi xoşbəxtliyin 
əldə edilməsi”. 
  Spenserə  görə  əxlaq  ədalətlilik  və  xeyriyyəçilik  kimi 
abstrakt  prinsiplərə  əsaslanır.  Ədalətlilik  hər  kəsin  mütləq 
azadlığa  hüququdur  ki,  bütün  digər  fərdlərin  azadlığı  ilə  üst-
üstə  düşməlidir.  Xeyriyyəçilik  isə  elə  bir  hərəkətdir  ki, 
mükafatlandırma  arzusunu  yaşamadan  insana  həzz  verir. 
Spenser  ona  görə  dövləti  şər  qüvvə  sayırdı  ki,  o,  fərdin 
azadlığını 
məhdudlaşdırır. 
Spenserin 
etik 
baxışlarına 
metafiziklik,  idealizm  və  vulqar  biologizm  xas  idi.  Onun 
başlıca  əsərləri  “Sosial  statistika”  (1850),  “Etikanın  əsasları” 
(1892-1893) olmuşdur. 

:

w22 -> xeber%20sehifesi
w22 -> Azərbaycan respublikasinin təHSİl naziRLİYİ baki döVLƏt universiteti
w22 -> Азярбайъан республикасынын тящсил назирлийи
w22 -> Microsoft Word Proqram sosial psixologiya doktorantura doc
w22 -> Microsoft Word proqram-az doc
xeber%20sehifesi -> Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti Sosial elmlər və psixologiya fakültəsi
xeber%20sehifesi -> Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti Sosial elmlər və psixologiya fakültəsi


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?