1 ... 43 44 45 46 47 48 49 50 ... 110

Мцгяддимя - səhifə 47

səhifə47/110
tarix17.09.2017
ölçüsü2.8 Kb.
növüDərs

143 
 
Təriqət  mərhələsində  sufi  Allaha  olan  sevgini  özünə 
rəhbər  tutaraq  özünün  kamilləşdirilməsini  davam  etdirir,  ali 
möminliyə,  müəyyən  biliklər  məcmusuna  nail  olur, 
psixofizioloji  məşq  edir  ki,  maksimum  dərəcədə  öz  bioloji 
varlığından  uzaqlaşsın,  ilahi  başlanğıcı  tam  aydınlığı  ilə 
müşahidə  edə  bilsin.  Özündə  bu  başlanğıcı  tapan  kimi  o, 
Allahın dərkinə yaxınlaşır. Təriqət mərhələsində insan hələ Ali 
həqiqətin  dərki  halına  düşmür,  eyni  zamanda  bu  mərhələnin 
sonunda  o,  artıq  ətraf  aləmdən  son  dərəcədə  təcrid  olunmuş 
vəziyyətə  düşür.  Burada  cuzi  olsa  da,  Allahı  dərk  etmək 
imkanı,  verilir,  bu  da  Ali  həqiqətin  tam  dərk  olunması  üçün 
onun meylini hədsiz dərəcədə artırır. 
Həqiqət  mərhələsində  insan  tərki-dünya  olur;  bu  zaman 
o,  başa  düşür  ki,  cismani  vücuddan  tam  uzaqlaşıb  böyük  Sirr 
olan  Allaha  mistik  şəkildə  yaxınlaşmışdır.  Fəna  halında  sufi 
ilahi varlığa qovuşur və təsvir edilməz bir həzz ala bilir.  
Müsəlman Şərqində əxlaqi dəyərlərin məzmunu və ifadə 
formaları  həyat  tərzi  və  şəraitinə  uyğun  olaraq  inkişaf  edirdi. 
İlk  növbədə  dəyərlərin  mahiyyəti  şəriət  qaydalarına  uyğun 
olaraq səciyyələndirilirdi. Bununla belə burada ümumhumanist 
məzmun  da  öz  əhəmiyyətini  itirmirdi.  Həmin  dövrdə  nəsihət 
xarakterli  yazılar  geniş  yayılmışdı.  XI  əsrin  məşhur  filosofu 
Əbu  Həmid  Qəzali  də  bu  janra  öz  maraq  və  münasibətini 
bildirmişdir.  Oğluna  yazdığı  risalədə  o,  insanın  mənəvi 
keyfiyyətlərinin  bir  neçəsini  xarakterizə  edərək,  həmin 
keyfiyyətləri  ilk  növbədə  müqəddəs  Qurani-Kərim  nöqteyi-
nəzərindən  qiymətləndirir,  sonra  isə  praktik  məsləhət  şəklində 
onu izah etməyə çalışır. Məsələn, belə nəsihətlər verilir: 
-
 
boş şeylərlə məşğul olmağın zərərləri: ömrünün qısa anını 
belə,  yaradılışının  qayəsi olan başqa şeylərə sərf  edən, vaxtını 
boş  keçirən  adama  əlbəttə  ki,  uzun  zaman  onun  həsrətini 
çəkmək yaraşar. 
-
 
bildiyinə əməl etmək: təkcə bilik kifayət deyil. Bir insanın 
elmdən yüz min məsələ öyrənməsinə baxmayaraq elminə əməl 

144 
 
etməsə,  bundan  ona  fayda  yoxdur.  O,  ancaq  bildiyinə  əməl 
etdiyi zaman xeyrini görür. 
Daha sonra oğlunun etməməli olduğu dörd şeyi göstərir: 
1.
 
Mümkün  olduqca  münaqişədən  çəkin.  Mübahisə  riya, 
həsəd,  nifrət,  kin,  düşmənçilik  və  s.  kimi  pis  xasiyyətlərin 
qaynağıdır. 
2.
 
Oxuduğum  elmlər  dünyəvi  faydası,  dolanışığını  təmin 
etməsi  ilə  yanaşı,  qəlbini  də  təmizləyib  əxlaqını  gözəlləşdirən 
elmlərdən olsun. 
3.
 
Sənin  qayən  və  əzmin  insanları  dünyadan  axirətə, 
fənalıqdan  doğruluğa,  namərdlikdən  mərdliyə,  şübhədən 
yəqinə,  qəflətdən  ziyaya,  təkəbbürdən  mötədilliyə,  cahillikdən 
mömünliyə çağırış olmalıdır. 
4.
 
Dünya malından bir illik azuqə yığsan bəsdir.  
Qəzali  “Hökmdarlara  nəsihət”  kitabında  da  bir  sıra 
hikmətlərə öz münasibətini bildirmişdir: 
-
 
comərd kimdir, bilirsinizmi? 
-
 
verdiyini xatırlamayandır. 
-
 
ruhdan  daha  üstün  bir  şey  varmı  ki,  insanlar 
həyatlarını heç çəkinmədən ona qurban versinlər? 
-
 
üç şey insanlarda ruha üstün gələ bilər: din, kin, 
çətinlikdən xilas olmaq təlaşı. 
-
 
elmin, kəramətin və şücaətin zinəti nədir? 
-
 
elmin zinəti doğruluq, kəramətin zinəti təbəssüm 
və şücaətin zinəti insanın güclü olmasına baxmayaraq zəifi 
əfv edə bilməsi, bağışlamaq bacarığıdır. 
O,  göstərir  ki,  dünya  işlərinin  beşi  insanların  irsi 
xüsusiyyətləri ilə  əlaqədardır:  gözəllik,  əxlaq, ülviyyət,  qürur, 
dəyanət. Həyatda nəfsə ağır gələn üç vacib şey vardır ki, ağıllı 
şəxslərin  onu  unutması  doğru  deyildir:  dünyanın  faniliyini, 
sonunun gələcəyini, zəmanənin sınaqlarını. 
 O, bir neçə əxlaqi keyfiyyətin tərifini də vermişdir: 
-
 
səbr nədir? Qəzəbi cilovlamaq, özünü ələ almaq. 

145 
 
-
 
həlimlik  nədir?  Güclü  olduğu  halda  şəfqətli 
davranmaq. 
-
 
kərəm  nədir?  Dostluğu  qorumaq  və  vəzifənin 
öhdəsindən gəlmək. 
-
 
qənaət  nədir?  Yemək  və  geyim  cəhətdən  malik 
olduğuna qane olmaq. 
-
 
şücaət nədir? Hücum və müdafiəyə qadir olmaq. 
-
 
ədalət nədir? Şəxsi istəyi kənara qoyub əqidə və 
fəaliyyətdə dürüst olmaq. 
-
 
insaf  nədir?  Qarşı  tərəflər  arasında  eyni 
mərhəmətli münasibəti saxlamaq. 
-
 
əmanət  nədir?  Lazımi  şeyi  qeyd-şərtsiz  yerinə 
yetirmək. Vədə əməl etmək. 
-
 
xəyanət  nədir?  Bacarıq  və  qabiliyyəti  şərə  sərf 
etmək. 
Qəzali  qeyd  edir  ki,  insani  keyfiyyətlərin  başlıcası 
ağıldır,  elm  də,  əməl  də  məhz  onun  sayəsində  bərqərar  olur. 
[Əbu  Hamid  Qəzali.  Ey  oğul.  Tərcüməçi  iradə  Zərqan.  B.: 
Təkrur, 2011, 80 s.]. 
Nəsrəddin Tusi (1201-1274) orta əsr dünya elminin dahi 
nümayəndəsidir.  Filosof,  riyaziyyatçı,  astronom  və  ictimai 
xadim olan Tusinin etika sahəsində də zəngin irsi var. Ontoloji 
problemləri  peripatetizm  mövqeyindən  təhlil  edən  Tusi  zəruri 
varlığı həm də determinizm prinsipi baxımından əsaslandırırdı. 
Aktuallaşan  zəruri  varlıq  Allahdır,  mütləq  varlıq  isə  ağıl, 
düşüncə  məhsulu,  xarici  təzahürü  olmayan  bir  təsəvvürdür. 
Tusinin  varlıq  haqqında  təsəvürləri  vahid  başlanğıca,  yəni 
Allah  ideyasına  əsaslanır.  Burada  iyerarxik  quruluşa  malik 
yaranış  pillələri  mövcuddur.  Mümkün  varlığın  5  pilləsi  var: 
ağıl, ruh, materiya, forma, cisim. Reallıqda bunlar vəhdət təşkil 
edir.  
İnkişafın  təkamülü  nəticəsində  üzvi  aləm,  o  cümlədən 
insan yaranır. İnsan zəkaya, ruha malik bir varlıqdır. İnsan ruh 
vasitəsilə öz daxili qüvvələrini idarə edə bilir. Gündəlik praktik 

:

w22 -> xeber%20sehifesi
w22 -> Azərbaycan respublikasinin təHSİl naziRLİYİ baki döVLƏt universiteti
w22 -> Азярбайъан республикасынын тящсил назирлийи
w22 -> Microsoft Word Proqram sosial psixologiya doktorantura doc
w22 -> Microsoft Word proqram-az doc
xeber%20sehifesi -> Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti Sosial elmlər və psixologiya fakültəsi
xeber%20sehifesi -> Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti Sosial elmlər və psixologiya fakültəsi


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?