1 ... 47 48 49 50 51 52 53 54 ... 110

Мцгяддимя - səhifə 51

səhifə51/110
tarix17.09.2017
ölçüsü2.8 Kb.
növüDərs

155 
 
hərəkəti və yeniləşməsi ilə insan və aləm üzərində hakim olan 
dünyanın əsasında durur. Qasımi ruh, qəlb, cisim anlayışlarının 
nisbətini  də  panteizm  mövqeyindən  araşdırır.  O,  göstərir  ki, 
ruhun  xassələri,  xarakteri  və  keyiyyətləri  hər  bir  mövcudluq 
mərhələsində  onun  əxlaqi  sərvətlərə  olan  münasibəti  ilə  təyin 
olunur.  Ən  bayağı,  ilkin  ehtiraslara  düçar  olmuş  ruh  şər 
sığınacağıdır.  Bunlardan  azad  olmuş  ruh  isə  ən  böyük  əxlaqi 
zirvələrə  ucalaraq  paklıq,  zəka  işığı,  yaddaş  işığı  kimi 
sərvətlərə qovuşur. 
İnsan  öz  ruhuna  hakimdir,  o,  gərək  çalışsın  ki,  ruhunu 
divlərin,  qara  qüvvələrin  əlinə  verməsin.  Ruh  zəka  vasitəsilə 
aşkarlanır,  paklanır.  Bununla  belə  zəkaya  qovuşan  ruh 
Allahdan  uzaqlaşır,  çünki  zəkaya  xas  olan  şübhə  və 
ehtimalların  cilovuna  düşür.  Qasımi  cismin,  yəni  bədənin  də 
burada rolunu özünəməxsus şəkildə qiymətləndirir. Bir tərəfdən 
cisim,  yəni  bədən  ehtirasların  qara  qüvvələrinə  tabedir.  Digər 
tərəfdən,  bədən  ruhun  sığınacaqdır.  Ümumi  qənaət  belədir  ki, 
ruh, cisim, ehtiraslar, zəka vəhdət təşkil edir. 
  Qasıminin  yaradıclığında  etik  problemlər  mərkəzi  yer 
tutur.  Əxlaqi  paklıq  mənəvi  kamilliyin  əsasında  durur.  İnsanı 
Allaha  yaxınlaşdırır,  onunla  vəhdətdə  olduğunu  duymaq 
imkanını  verir.  Qasımi  sosial  şəri  və  bəlaları  əxlaqi  şərlə 
bağlayır,  mənəvi  paklanmada  sosial  sağlamlığı  və  sosial 
ədalətin  təntənəsini  görürdü.  O,  ilk  növbədə  hakim  əxlaqi 
normalara  qarşı  çıxış  edərək  sufilərin  mistik  və  humanist 
əxlaqının normalarını təbliğ edirdi. 
  Qasıminin panteizm mövqeyi onun etik baxışlarından da 
yan  keçməmişdir.  İlk  növbədə  əxlaqi  kamillik  dərketmənin 
zirvəsinə  yaxınlaşma  kimi  başa  düşülür.  Digər  tərəfdən, 
vurğulanır  ki,  kamilləşmə  mənbəyi  və  imkanları  insanın 
özündədir.  İnsanın  mənəvi  kamilliyi  və  paklığı  onun  öz 
mahiyyətindən  irəli  gəlir.  Qasımi  öz  əsərlərində  insanın  daxili 
aləmini, onun əxlaqi dəyərlər sistemini, fəzilətlərini təhlil edir. 

156 
 
Yüksək  əxlaqi  idealın  daşıyıcısı  olan  insan  hər  bir  tərifə  və 
təqdirə layiqdir. 
  İnsanın  əxlaqi  inkişafının  əsasında  daimi,  yüksələn 
xəttlə  gedən  özünü  kamilləşdirmə  durur.  Birinci  mərhələ 
özünüdərkdir,  bu  olmadan  Allaha  yaxın  olmaq,  onun  dərk 
olunması  sevincinə  qovuşmaq  mümkün  deyil.  Əxlaqi 
kamilliyin  əksi  nadanlıqdır.  Nadanlıqdan  xilasolma  yolu 
dərketmədə,  özünü  dərketmədə  və  ilahi  yardımdadır.  Eyni 
zamanda insan özündə həm xeyri, həm də şəri daşıyır. Hər iki 
tərəf ona ya mənfi, ya da ki, müsbət təsir göstərə bilər. 
  Qasımi  hesab  edir  ki,  insan  gərək  öz  mənəvi  aləmini 
mənfi  emosiyalar  və  hallardan  təmizləmək  üçün  bu  dünyanın 
naz-nemətindən  əl  çəksin.  Qeyd  edilən  məsələlər  öz  əksini 
onun  bir  sıra  traktatlarında  (məs.,  “Anis-ül-arifin”)  tapmışdır. 
Adı  çəkilən  əsərdə  Qasımi  əxlaqi  savadsızlığı  ifşa  edir.  Bu 
sahədə  nadanlıq  özünü  eqoizmdə,  öyünməkdə,  qürurda, 
məsuliyyətsizlikdə, cürbəcür naz-neməti  dadmaq arzusunda və 
s.  ifadə  edir.  “Bu  bir  növ  zəhər  qatılmış  baldır;  zahirən  göz 
oxşayır,  daxilən  isə  qan tökür”.  İnsanlar  çox  vaxt  paxıl,  həris, 
var-dövlətə və hakimiyyətə can atan, söz gəzdirən, böhtan atan, 
bekar gəzən, öyünən, riyakar və pozğun olur. 
  Qasımi 
traktatda  müsbət  keyfiyyətlər  sırasında 
asketizmi,  möminliyi,  sədaqəti,  mənəvi  paklığı  təbliğ  edir. 
İnsan zəif məxluqdur. Onun arzuları və ümidləri çox vaxt puç 
olur.  İnsan  zəifdir  və  qismət,  alın  yazısı  onun  həyatını 
müəyyənləşdirir.  
  Əxlaqi  kamilliyə  doğru  yol  necədir?  İnsan  ilk  növbədə 
səbrli  olmalı,  şərin  bəzi  ifadələri  ilə  barışmalıdır.  Sosial 
ədalətsizlik həm də bir çox sosial ziddiyyətlərdən, o cümlədən 
əxlaqi sahədə olanlardan irəli gəlir. 
  Seyyid  Yəhya  Bakuvi  (XIV-1466)  öz  dövrünün  ən 
savadlı,  mədəni,  intellektual  kamilliyə  malik  olan  görkəmli 
nümayəndələrindən  biri  olmuşdur.  Cavan  vaxtlarında 
xəlvətiyyə  təriqətinin  üzvü  olmuş  Bakuvi  sonra  onun  başlıca 

157 
 
ideoloqlarından  birinə  çevrilmişdi.  Alim,  yazıçı  və  sufi  olan 
Bakuvi bir çox dünya şöhrətli əsərlərin müəllifidir. Əsas diqqət 
xəlvətiyyə təliminin fəlsəfi prinsiplərinə yetirilirdi. S.Y.Bakuvi 
öz  şeirlərində  ilahi  sevgini  vəsf  edir,  təsəvvüfün  mahiyyətini 
aşkar etməyə çalışırdı. 
  Bakuvinin  yaradıcılığında  etik  məsələlər  xüsusi  yer 
tutur.  Təsəvvüfün  təriflərindən  biri  yüksək  mənəviyyat  və 
əxlaqi  davranışdır.  Ümumiyyətlə  təsəvvüfün  məqsədi  ruhun 
təmizlənməsi  və  fərdin  kamil  insan  səviyyəsinə  ucalmasıdır. 
Əslində  bu,  mənəvi  paklıq  yoludur.  İnsan  öz  cismani 
keyfiyyətlərindən uzaqlaşaraq Allaha doğru irəliləyir. Nəticədə 
sonu olandan sonsuza, fanidən əbədi olana keçid müəyyənləşir. 
Keçid  çətin  olsa  da,  məlum  yollar  və  metodlar  var  ki,  həyata 
keçirilməsi mümkün olur. 
  Bakuvinin 
fikrincə,  kamil  insan  üçün  yüksək 
mənəviyyat  nümunəsi  Məhəmməd  peyğəmbərdir.  Seyyid 
Yəhya demək olar ki, bütün əsərlərində təsəvvüfə əsasən kamil 
insanın  formalaşması  yolunu  təsvir  etməyə  çalışır.  İnsanın 
qəlbini,  ruhunu,  mənəvi  aləmini  tərbiyələndirərək  onu  rəzil, 
alçaq keyfiyyətlərindən azad etmək olar. 
  Nəticədə kamillik zirvəsinə ucalmaq oldu. Bakuvi qeyd 
edir ki, hər bir insanda müsbət və mənfi keyfiyyətlər yan-yana 
gedir.  Əgər  yaxşı,  müsbət  hisslər,  əməllər  mənfi  olanları 
üstləyirsə,  onda  mənfilər  də  aradan  qaldırılır  və  müsbətə 
çevrilir  (və  ya  əksinə).  Alın  yazısını  qəbul  edən  mütəfəkkir 
göstərir  ki,  bizi  yaradan  Allahın  burada  rolu  böyük  olsa  da, 
insan  iradəsinin  əhəmiyyəti  də  çoxdur.  İnsanda  müsbət  və 
mənfi  keyfiyyətlər  daim  mübarizə  aparır.  Əgər  insan  öz 
günahlarını  səmimi  olaraq  boynuna  alırsa,  dinə-imana 
qayıdırsa,  onda  Allah  bu  insanın  bəd  əməllərini  aradan 
götürəcək. 
  İnsan  öz  əzəmətinə  və  gözəlliyinə  görə  Böyük  Allahın 
surətidir.  Yaxşı  insan  adını  qazanmaq  üçün  onda  qəlb 
yumuşaqlığı,  kövrəlmək  qabiliyyəti  (peşmançılıq),  Allah 

:

w22 -> xeber%20sehifesi
w22 -> Azərbaycan respublikasinin təHSİl naziRLİYİ baki döVLƏt universiteti
w22 -> Азярбайъан республикасынын тящсил назирлийи
w22 -> Microsoft Word Proqram sosial psixologiya doktorantura doc
w22 -> Microsoft Word proqram-az doc
xeber%20sehifesi -> Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti Sosial elmlər və psixologiya fakültəsi
xeber%20sehifesi -> Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti Sosial elmlər və psixologiya fakültəsi


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?