1 ... 52 53 54 55 56 57 58 59 ... 110

Мцгяддимя - səhifə 56

səhifə56/110
tarix17.09.2017
ölçüsü2.8 Kb.
növüDərs

170 
 
Həsən  bəy  Zərdabi  (1837-1907)  Azərbaycan  milli 
mətbuatının  banisi,  tanınmış  publisist,  pedaqoq  və  təbiətşünas 
alimdir.  Məlumdur  ki,  Azərbaycanda  sosial-mədəni  həyatın 
XIX  əsrin  ikinci  yarısından  etibarən  sürətli  canlanmasında  və 
ictimai fikrin maarifçi-demokratik ideyalarla zənginləşməsində 
Həsən bəy Zərdabinin müstəsna xidmətləri vardır. Onun tədqiq 
etdiyi  məsələlər  sırasında  etik  problemlərə  münasibətin 
bildirilməsi  heç  də  təsadüfi  deyil.  Məlumdur  ki,  Zərdabi 
Azərbaycanda 
ilk 
qızlar 
gimnaziyasının 
açılmasının 
təşəbbüskarı,  təşkilatçısı,  Azərbaycan  müəllimlərinin  birinci 
qurultayının  təşkilatçısı  və  qurultayın  sədri  olmuşdur.  Oz 
əsərlərində  və  xüsusilə  mətbu  nəşrlərində  o,  maarifçilik,  o 
cümlədən  əxlaqi,  mənəvi  ideyaların  təbliğinə  xüsusi  diqqət 
yetirmişdir.  Təlim-tərbiyə,  mənəvi  dəyərlərin  qorunması  və 
gündəlik  həyatda  tətbiqi  işinin  təşkili  Zərdabini  çox 
düşündürürdü.  
Zərdabinin  yaşadığı  dövrün  sosial-siyasi  və  mədəni 
şəraiti  etik  problemlərin  tədqiqi  istiqamətlərini  təyin  etmişdir. 
 
Onun  diqqət  etdiyi  vacib  məsələlərdən  biri  sinfi 
ziddiyyətlərdən doğan əxlaqi dəyərlərdə olan kəskin fərqlər idi. 
H.B.Zərdabinin  tanınmış  tədqiqatçısı,  prof.  İzzət  Rüstəmovun 
qeyd  etdiyi  kimi,  “Zərdabi  dini-əxlaqi  ehkamları  da  kəskin 
tənqid  etmişdir”
1
.  Dini  əxlaq  insanları  mütiliyə  öyrədir,  fəal 
həyat  mövqeyini  bildirməkdən  çəkindirir.  Insan  ləyaqətini 
qorumaq  üçün  onu  düzgün  tərbiyə  etmək,  savadlandırmaq 
lazımdır.  Sinfi  ziddiyyətlər  əxlaqın  da  mahiyyəti  və  ifadə 
formalarına  təsir  edir.  Bunu  yaxşı  başa  düşən  Zərdabi  qeyd 
edirdi  ki,  cəmiyyətin  hər  bir  üzvünün  hüquqları  və  azadlıqları 
uğrunda  mübarizədə  ən  yaxşı  vasitə  ilk  növbədə  savad, 
təhsildir. 
 
Zərdabi  mənəvi  tərbiyədə  əməyin  rolunu  dəfələrlə  qeyd 
edirdi,  göstərirdi  ki,  əmək  insanlarda  müsbət  əxlaqi 
keyfiyyətlərin  yaranması,  əxlaqi  saflıq  və  mənəvi  oyanışın 
                                                 
1
 Rüstəmov İ. Həsən bəy Zərdabi. Bakı: “Turan” nəşrlər evi, 2012, s. 157 

171 
 
əmələ  gəlməsi  üçün  xüsusi  alətidir.
1
  Əməyin  əksi  olan 
tənbəlliyi, bekarçılığı tənqid edən mütəfəkkir həm də göstərirdi 
ki,  bir  çox  digər  mənfi  keyfiyyətlər  də  var  ki,  bunlara  qarşı 
həmişə  mübarizə  aparılmalıdır,  söhbət  rüşvətxorluqdan, 
sərxoşluqdan  gedir.  Zərdabi  həm  də  vətən  sevgisini,  vətənin 
xoşbəxtliyi  və  rifahı  uğrunda  mübarizəni  alqışlayır,  bu  sahədə 
özü də bir nümunə, örnək olmağa çalışırdı.  
XX  əsrin  birinci  yarısında  ictimai  fikrin  inkişafı  xeyli 
dərəcədə  əvvəlki  dövrün,  yəni  XIX  əsrin  ikinci  yarısının 
mənəvi  həyatının  təsiri  altında  formalaşırdı.  Həmin  dövrdə 
bütün  sonrakı  tarixə  təsir  etmiş  bir  sıra  kəşflər  (məsələn, 
hüceyrə,  təkamül,  radioaktiv  işıqlanma  nəzəriyyələrinin 
meydana  gəlməsi,  və  s.)  edilmişdi,  humanitar  və  ictimai 
elmlərin  bir  çox  sahələri  (sosial  fəlsəfə,  siyasi  fikir  və  siyasi 
proseslərinin tədqiqi, sosial faktların siyasi iqtisad, sosiologiya 
və psixologiya çərçivəsində onların tədqiqı və s.) inkişaf edirdi. 
Dünyada  artmaqda  olan  bütövlülük  və  qarşılıqlı  asılılıq 
ictimai-siyasi  həyatda,  sosial  proseslərin  idarə  olunması 
xarakterində  əks  olunur,  yeni  humanitar  düşüncənin  əmələ 
gəlməsi  prosesi  baş  verir,  köhnə  dünyagörüşünün  sərhədləri 
aşılanırdı.  Xalqlar,  regionlar,  ölkələr  inkişafa  yeni  impuls 
qazandı. 
Əxlaq  problemlərinə  maraq  təsadüfi  deyildi,  çünki  adət 
və ənənələrlə, dini əsaslarla bağlı ənənəvi həyat tərzi siyasi və 
ictimai-iqtisadi  proseslərin  əhəmiyyətli  təsirinə  məruz  qalaraq 
dəyişməli idi. 
Bu  dövr  öz  inkişafının  xarakterinə  və  mənəvi  həyatın 
məzmununa  görə  çox  mürəkkəb  olmuşdur.  Burada  Yeni  dövr 
adlandırılan  mərhələ  hələ  davam  edirdi.  Bu  zaman  Qərb 
mədəniyyəti,  həyat  tərzi,  ictimai-iqtisadi  dəyərlərinin  təsiri 
müsəlman  Şərqi  üçün  səciyyəvi  olan  dəyərlər,  normalar  və 
istiqamətlənmələrin inkişafı ilə birləşirdi. Bu prosesə həmçinin 
idarəetmə  formalarının  dəyişilməsini  tələb  edən  ictimai-siyasi 
                                                 
1
 Yenə orada, s. 158 

172 
 
vəziyyət  də  əlavə  edilməli  idi.  Çar  Rusiyası  dövründə  sosial 
gərginlik  artmış  və  xalqın  yaşayış  şəraiti  ilə  bağlı  narazılıqlar 
sovet  hakimiyyətinin  qurulması  ilə  nəticələnmişdir.  Bütün  bu 
proseslər Azərbaycanın mədəni elitasının mənəvi axtarışlarına, 
cəmiyyətin ictimai şüurunun inkişafında təsir etmişdir.  
Bolşevik  dövlətinin  yaradılmasından  sonra  hakim 
marksizm  ideologiyası  etik  ideyalarının  dərk  edilməsi 
prosesinə,  bütovlükdə  bütün  ictimai  fikrin  inkişafına  həlledici 
təsir göstərməyə başladı. Məlum olduğu kimi, bu proses 70 il-
dən çox davam etdi. Bu gün də post-sovet ölkələrinin əhalisi və 
elmi  elitası  sovet  düşüncəsi  stereotiplərindən  tamamilə  azad 
olmamışdır. 
Tədqiqatçıların  qeyd  etdiyi  kimi,  "  insan  özünü  və 
dünyanı  yalnız  insan  şüurunun  formalaşması  və  inkişafının 
ümumi  əsasını  bilərək  mühakimə  edə  və  qiymətləndirə  bilər. 
Sovet  imperiyasında  belə  əsas  kazarma  kommunizminin 
bərabərlik,  ədalət  və  firavanlıq  haqqında  populist  ideyaları  və 
səylə,  ən  müxtəlif  variantlarda  formalaşdırılan  düşmən  obrazı 
ilə  bağlı  idi.  Bu  ideyalar  milli  və  beynəlmiləl  çalarlara  malik 
idi,  onlar  insan  şüurunda  təlqin  etmənin  (kino,  rəsm,  musiqi, 
monumental  və  tətbiqi  incəsənət,  ədəbiyyat,  poeziya) 
emosional  formalarının,  təbliğatın  və  təşviqatın  müxtəlif 
növlərinin köməyi ilə bərkidilirdi"
1
.  
Bütovlükdə 
əxlaq 
sahəsində 
yeni 
ideyaların 
formalaşması  mənbəyi  kimi  mənəvi  həyatın  aşağıdakı 
sahələrini göstərmək olar: 
 bədii yaradıcılıq (ədəbiyyat və incəsənət sahələri); 
 şifahi xalq yaradıcılığı; 
  sosial  və  humanitar  elmlər  sahəsində  peşəkar 
mütəxəssislərin tədqiqatları; 
                                                 
1
 
Аббасова  К.Я.  Философская  основа  ценностных  ориентаций  в 
условиях  постсоветского  развития  //  Взгляд  на  мир  (на 
азербайджанском языке), № 6. Баку. 2007. с.28-30  
 

:

w22 -> xeber%20sehifesi
w22 -> Azərbaycan respublikasinin təHSİl naziRLİYİ baki döVLƏt universiteti
w22 -> Азярбайъан республикасынын тящсил назирлийи
w22 -> Microsoft Word Proqram sosial psixologiya doktorantura doc
w22 -> Microsoft Word proqram-az doc
xeber%20sehifesi -> Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti Sosial elmlər və psixologiya fakültəsi
xeber%20sehifesi -> Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti Sosial elmlər və psixologiya fakültəsi


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?