1 ... 56 57 58 59 60 61 62 63 ... 110

Мцгяддимя - səhifə 60

səhifə60/110
tarix17.09.2017
ölçüsü2.8 Kb.
növüDərs

182 
 
sonuncular  əxlaqda  elmliliyi  inkar  edir,  əxlaqi  təsəvvürlərdə 
bilikləri qəbul etmirdilər. 
  Praqmatist  əxlaqın  özünə  də  müəyyən  dərəcədə 
irrasionalizm və relyativizm xas idi. Praqmatistlər ümumi əxlaq 
prinsiplərinin  əhəmiyyətini  inkar  edir,  hesab  edirdiklər  ki, 
bütün  əxlaq  problemlərini  insan  özü,  konkret  həyat  şəraitinə 
uyğun  olaraq  həll  etməlidir.  Yəni  nəzəri  səviyyədə  həmin 
problemlərin həllinə ehtiyac qalmır. 
  Əxlaq  məsələlərinin  həllində  vasitə  və  metodların 
seçimində biliyə, zəkaya müraciət etmək olar, məqsədlər əxlaq 
və  mənəviyyat  sərhədlərini  aşır.  Məqsədlər  insan  iradəsindən 
asılıdır; ağıl bunları ancaq hərəkət, fəaliyyət baş verəndən sonra 
qiymətləndirə bilər.  
Pessimizm (əhval-ruhiyyə, latın dilində pessimus - ən pis 
deməkdir)  dünyabaxışı  sistemidir.  Bu  baxışa  uyğun  olaraq 
hesab  olunur  ki,  dünyada  şər  üstünlük  təşkil  edir,  insan 
əzabkeşliyə  düçardır  və  gələcəkdə  də  heç  nə  dəyişməyəcək. 
Pessimizmin  əksi  optimizmdir.  Adətən  pessimizm  keçid 
dövründə, mövcud ictimai münasibətlər sistemi dağılarkən baş 
verir. 
  Belə şəraitdə köhnə dəyərlər və stereotiplər, ideallar öz 
əhəmiyyətini,  insanlar  həyata,  yaxşı  günlərə  ümidini  itirir, 
yaşamaqda  məna  görmürlər.  Etika  tarixindən  məlumdur  ki, 
stoisizm etikasında pessimizm daha güclü olmuşdur. Müəyyən 
mənada  dini  əxlaqa  da  pessimizm  xasdır.  Məsələn,  xrsitian 
təlimində  göstərilir  ki,  dünya  şər  dünyasıdır,  insan  isə  öz 
təbiətinə əsasən artıq günaha batmışdır. İncildə Ekkleziast deyir 
ki,  “Mən həyatıma nifrət etdim,  hər bir şey  mənasızdır, ruhun 
usanmasıdır...  Hər  bir  şey  heç  nədən  yaranır”  –  İov  kitabında 
(Tövratın  29-cu  hissəsinin  adı)  da  belə  deyilir.  Buddizm 
dinində də insanı həyata bağlayan hər bir şey əzabların mənbəyi 
kimi göstərilir. 
  Bununla  belə  dünya  dinlərində  əzablardan  qurtuluş 
yolları da göstərilir: ya axirət dünyasında (xristianlıq, islam), ya 

183 
 
da  ki  nirvana  vəziyyətinə  ucalmaqla  (buddizm).  Bu  optimizm 
insanın  yaşadığı  real  həyatın  dəyərlərinə  olan  inamına  yox, 
dünyanın  sona  yetməsini  gözləmək,  ruh  səltənətinin  bərqərar 
olmasına olan inamın üzərində qurulur. 
  Pessimizm 
əhval-ruhiyyəsi 
müharibələr, 
qlobal 
fəlakətlər,  iqtisadi  böhranlar  şəraitində  daha  çox  artır.  Bu,  öz 
əksini  incəsənətdə,  ədəbiyyatda  da  tapır  (xüsusilə  romantizm 
cərəyanında). Pessimizm üzərində qurulan fəlsəfi kosnepsiyalar 
da  var.  Şopenhauer  hesab  edirdi  ki,  insan  arzuları  heç  vaxt 
bütövlükdə  təmin  oluna  bilməz,  çünki  həyat,  hansı  tərəfdən 
baxırsan bax - əzab-əziyyətdir”. Bundan qurtarmaq üçün yalnız 
bir  yol  var  –  həyata  olan  həvəsə  son  qoymaq.  Şopenhauerin 
ideyalarının davamçısı E.Hartman hesab edirdi ki, insan nəsli, 
xoşbəxtliyin  mümkünsüzlüyünü  dərk  edəndən,  əzabların  əbədi 
və qaçılmaz olmasını başa  düşəndən sonra dünyanın  absurdlu, 
yəni  mənasız  olmasını  düşünərək,  bunun  sona  yetməsini 
arzulayır. 
  Digər  bir  tədqiqatçı,  F.Meynlender  göstərir  ki, 
insanlarda  yalnız  ölməyə  hazırlığı  və  iradəsi  olmalıdır,  çünki 
məhvə  doğru  gedən  dünya  haqqında  insanların  başqa  məqsədi 
ola bilməz. 
  Pessimizm haqqında Nitsşenin də maraqlı baxışları var. 
Şopenhayerin pessimist baxışları ilə razılaşmayan Nitsşe həyata 
haqq  qazandırmağa  çağırır  (o  cümlədən  onun  “ən  dəhşətli, 
yalançı  tərəflərini).  Onun  fikrincə,  Dionisisayağı  (Dionis  – 
qədim  Yunan  mifologiyasında  şərabçılıq  allahıdır)  pessimizm 
(qüvvə,  zor  pessimizmi)  tələb  edir  ki,  zəiflərlə  ölümcül 
mübarizə  aparılmalı,  qəddar,  dəhşətli,  şərlə  bağlı  olanlar  isə 
qalib gəlməlidir. 
  Pessimizm  digər  nümayəndəsi  O.Şpengler  özünü 
“cəsarətli  pessimist”  adlandıraraq  göstərirdi  ki,  insan  nəsli 
əslində  zooloji  mənada  dəyərləndirilməlidir.  Müasir  fəlsəfədə 
ekzistensializmdə  də  müəyyən  pessimizm  meyyləri  ifadə 
olunur  (ölüm  azadlığı,  ölüm  varlığı  ideyaları).  Pessimizmi 

184 
 
aradan  qaldırmaq  reallığa  düzgün  baxışları  formalaşdırmaq 
deməkdir. 
İntuitivizm (latınca intueri  – diqqətlə baxmaq deməkdir) 
etikada  bir  cərəyandır.  Bu  cərəyanın  nümayəndələri  hesab 
edirlər  ki,  əxlaqi  anlayışları  (xeyir,  şər  və  s.)  zəka  və  təcrübə 
yolu  ilə  əsaslandırmaq  qeyri-mümkündür,  bunlar  insan 
tərəfindən intuitiv şəkildə, “aşkar” həqiqət kimi qavranılır. Etik 
intuitivizmin  nümayəndələri  sübut  etməyə  çalışırlar  ki,  ən 
ümumi,  hamı tərəfindən  qəbul  olunmuş əxlaqi ehkamlar sübut 
oluna  bilməz.  İntuitivizm  elementlərini  hələ  qədim  etik 
nəzəriyyələrində tapmaq olur (Sokrat, Platon). XVII-XVIII əsr 
Kembric neoplatoniklər məktəbinin təmsilçiləri hesab edirdilər 
ki,  xeyir  və  şər  anlayışları  sadəcə  olaraq  tərifi  və 
əsaslandırılması  mümkün  olmayan  ideyalardır  (Prays, 
R.Kaduort,  S.Klark).  C.Mur  (ABŞ)  hesab  edir  ki,  etika  insan 
davranışını  yox,  əxlaqi  analyışları  öyrənməlidir.  Mur  əxlaqda 
xeyiri  rasional  şəkildə  öyrənmək  istədiyinə  görə  utilitarizm, 
hedonizm,  təkamülçü  etika  nümayəndələrini  tənqid  edir. 
Müasir  intuitivizmdə  iki  cərəyan  fərqləndirilir:  aksioloji  və 
deontoloji Aksioloji cərəyan nümayəndələri (C.Mur, Q.Reşdell, 
O.Conson, B.Blenşard), hesab edirlər ki, xeyir anlayışı özündə 
bütün  digər  əxlaqi,  o  cümlədən  borc  anlayışlarını  cəmləşdirir 
(borc  ondan  ibarətdir  ki,  xeyir  işlər  görülsün);  deontoloji 
(Q.Priçard, 
D.Ross, 
E.Karrit, 
Ç.Brod) 
cərəyanının 
nümayəndələri hesab edirlər ki, borc heç də xeyirdən asılı olan 
anlayış deyil, məntiq baxımından da ondan irəlidə getmir: xeyir 
ondan  ibarətdir  ki,  hər  kəs  öz  borcunu  yerinə  yetirsin.  Əxlaqi 
vəzifə  sosial  tələbatlardan  irəli  gəlmir;  həmin  vəzifələr  özü-
özlüyündə əbədi və dəyişilməz olaraq qalır. 
  Rossa görə  yeddi  belə ehkam  var: şər əməl etmə; xeyir 
və  şəri  ədalətli  şəkildə  insanların  ləyaqətini  gözləməklə 
bölüşdür;  düz  danış,  vədlərinə  əməl  et;  sənə  qarşı  edilən 
yaxşılıqlara  görə  minnətdar  olduğunu  bildirməyi  unutma; 
vurduğun zərərin əvəzini ödə; özü-özünü kamilləşdir.  

:

w22 -> xeber%20sehifesi
w22 -> Azərbaycan respublikasinin təHSİl naziRLİYİ baki döVLƏt universiteti
w22 -> Азярбайъан республикасынын тящсил назирлийи
w22 -> Microsoft Word Proqram sosial psixologiya doktorantura doc
w22 -> Microsoft Word proqram-az doc
xeber%20sehifesi -> Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti Sosial elmlər və psixologiya fakültəsi
xeber%20sehifesi -> Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti Sosial elmlər və psixologiya fakültəsi


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?