1 ... 82 83 84 85 86 87 88 89 ... 99

İnkar modallığı - Азярбайъан милли елмляр академийасы

səhifə86/99
tarix01.12.2017
ölçüsü2.8 Kb.

 
259

3.2. İnkar modallığı.

 
İnkar modallığı  təsdiq modallığının  əksini təşkil edən bir 
modallıq növüdür. O, bütövlükdə  təsdiq modallığının ifadə 
etdiyi məzmunun  əksini bildirir. Elə bir təsdiq mülahizəsi 
yoxdur ki, onun inkar bildirən müqabili, korrelyatı olmasın. 
Təsdiq və inkar modallıqlarının özlərinin ifadə vasitələrinin 
mənsubiyyəti və sayına görə  də bir-birinə müvafiq gəlir. 
Təsdiq və inkar modallıqlarının yalnız bir mühüm fərqi vardır 
ki, birinci markalanmamış (nişanlanmamış) olduğu halda, 
ikinci müəyyən inkaredici vasitələrlə (felin inkar forması, 
inkaredici  əvəzlik, zərf, bağlayıcı,  ədat, modal sözlər və s.) 
markalanır (nişanlanır). 
İnkar modallığı cümlənin məqsəd və intonasiyaya görə 
bütün növlərində (nəqli, 
əmr, sual, hətta bəzi 
məhdudiyyətlərlə nida cümlələrində) özünü göstərir. 
 
3.2.1. Nəqli cümlələrdə inkar modallığı. 
Nəqli cümlələrdə inkar modallığı  əsasən felin inkar 
forması ilə ifadə olunur. Məsələn: 
I don’t want to become hypocrite “Mən uzaqgörən olmaq 
istəmirəm”. 
Monkeys do not use instruments “Meymun(lar) alətdən 
istifadə etmir”. 
Felin inkar forması ismi tərkib hissəsi ilə əlaqəyə girərək, 
mürəkkəb predikativ konstruksiya yaradır. Azərbaycan 
dilində bu məqamda deyil predikativindən istifadə olunur. 
Coe is not a Shaekespere “Cou Şekspir deyil”. 
He is not the man, which his father wanted him to be “O, 
atasının arzuladığı adam olmayıb (deyil). Yaxud: O elə 
adam deyil ki, atası onu arzulamış olsun”. 
İnkaretmə modallığının başqa vasitələrlə ifadəsi 
üsullarından aşağıdakıları qeyd edə bilərik: 
1.  İnkar modallığı  but  inkar bağlayıcısı ilə ifadə olunur. 
Məsələn: 
My name is Sue, but I am a boy “Mənim adım Syudur, 
amma (ancaq) mən oğlanam”. 
Burada qarşılaşdırma münasibəti eyni ad formasının həm 
oğlana, həm də qıza verilməsi adəti ilə bağlıdır. 

 
260
Demək lazımdır ki, Azərbaycan dilində inkar 
bağlayıcıları yalnız amma  və ancaq deyil. Lakin  və  fəqət 
bağlayıcıları da bu qəbildəndir. Amma yuxarıdakı cümlənin 
üslubi məkanına yalnız amma və ancaq bağlayıcıları uyğun 
gəlir. 
She is exceptional. She is busy but she helps us all the 
same. “O (qız) qəribə adamdır. O məşğuldur (onun işi 
çoxdur), amma yenə də bizə kömək edir”. 
Həmin cümlədə inkar modallığı başqa bir mülahizəyə 
əsaslanır:  “Busy people do not help” (Məşğul adamlar 
(başqasına) kömək etmir). 
But qarşılaşdırma bağlayıcısı paralel işlənən mətləblər 
arasındakı fərqi də ifadə edir: 
He spoke spanish, but she spoke italian “O (oğlan) 
ispanca danışırdı, o (qız) isə italyanca (danışırdı)”. 
I like it, but I cannot afford it “Mən bunu xoşlayıram, 
amma özümə rəva bilmirəm”. 
He tried, but he failed “O (bunu eləməyə) çalışdı /cəhd 
elədi, amma eləyə bilmədi”. 
Cohn hates ice cream, but I like it “Conun dondurmadan 
zəhləsi gedir, amma  mənim (yaxud: mənimsə) ondan 
xoşum gəlir”. 
Cohn turned left, but Bill turned right “Con sola döndü, Bill 
isə sağa”. 
But bağlayıcısı eyni subyektə istinad verilən  əlamətlər 
arasında uyuşmazlığı da bildirir: 
Mary is inteligent, but she is ugly “Meri ağıllıdır, amma 
çirkindir (kifirdir)”. 
Eyni məqamda  but not inkaredici bağlayıcı vasitəsi də 
işlənir.  Əlimizdə olan materiallar içərisində onun həmcins, 
lakin eyni zamanda bir-birini istisna edən üzvlər arasında 
tətbiq olunduğunu görürük: 
Man, but not ape, uses instruments “Meymun yox, 
(məhz) insan alətdən istifadə edir”. 
2.  İnkar modallığı  neither...nor bağlayıcıları ilə ifadə 
olunur. Həmin bağlayıcılar sinonim məzmunlu 
bağlayıcılardır. Azərbaycan dilində bunlara sözdüzəltmə 
baxımından  əlaqədar olan nə...nə  də  bağlayıcıları müvafiq 
gəlir. 

 
261
I demand neither liberty, nor death “Mən nə azadlıq 
istəyirəm, nə də ölüm”. 
Müq. et: Nə balını istəyirəm, nə  də balasın (İdiomatik 
ifadə). 
3. İnkar modallığı no one bağlayıcısı ilə ifadə olunur. 
No one can do that “Heç kəs(heç kim) bunu edə bilməz”. 
Misallardan gördüyümüz kimi, inkar məzmunun 
verilməsində ingilis və Azərbaycan dilləri arasında müəyyən 
fərqlər nəzərə çarpır. İngiliscədə yalnız no one inkar bildirir; 
azərbaycancada isə inkar məzmunu həm bağlayıcı, həm də 
felin inkar forması ilə ifadə olunur. Azərbaycan və ingilis 
dillərinin qeyd olunan bağlayıcılarını bir əlamət də birləşdirir: 
onların hamısı insana aiddir. 
4. İnkar modallığı nothing əvəzliyi ilə ifadə olunur. Həmin 
modal məna Azərbaycan dilində heç nə  əvəzliyi ilə verilir. 
Hər iki dildə həmin əvəzliklər cansız əşyaya aiddir. 
The leader of party is unexperienced. He has done 
nothing to unit the party “Partiyanın rəhbəri səriştəsizdir. 
Partiyanı birləşdirməkdən ötrü o heç nə eləməyib”. 
5.  İnkar modallığı  never  və  no more  zərfləri ilə ifadə 
olunur. Azərbaycan dilində bunlara heç vaxt  və daha, artıq 
sözləri müvafiq gəlir. Məsələn: 
Good skiers never abuse grease “Yaxşı xizəkçilər heç 
vaxt yağdan sui-istifadə etmirlər”. 
A true artist is never satisfied with the work “Əsl sənətkar 
heç vaxt işindən razı qalmır”. 
The accused stated that he never saw the victim 
“Müqəssir iqrar etdi ki, zərərçəkəni heç vaxt görməyib”. 
You had a house. The house is no more “Sizin eviniz 
vardı. O ev artıq yoxdur”. 
The Providence you know is no more “Sizin bildiyiniz 
(gördüyünüz, tanıdığınız) providens artıq yoxdur”. 
 
3.2.2. Təsdiq və inkar modallıqlarının paralel olaraq 
işlənməsi. 
Ünsiyyət prosesində bir çox hallarda (müzakirə, 
mübahisə xarakterli söhbətlərdə, didaktik şəraitdə  və s.) 
təsdiq və inkar modallıqlarından paralel olaraq istifadə edilir. 
Belə hallardan bəzilərini nəzərdən keçirək. 

:

pars docs -> refs
refs -> Dos. N. Z.Çələbiyev
refs -> Fənn: Klinik psixologiya Müəllim: Dos. N. Z.Çələbiyev Mövzu 10. Depresiya və postravmatik stresslər
refs -> I fəSİL. TÜTÜn haqqinda üMÜMİ MƏlumat
refs -> O zbek iston respublikasi oliy va 0 ‘rta maxs*js ta’lim vazirligi
refs -> Fənn: Klinik psixologiya Müəllim: Dos. N. Z.Çələbiyev
refs -> Azərbaycan respublikasi təHSİl naziRLİYİ XƏZƏr universiteti
refs -> Dərman vasitəsinin istifadəsi üzrə təlimat
refs -> Karakalpak tüRKÇESİndeki tip terimleri
refs -> Sayıqlama ideyaları neçə qurupa bölünür?
refs -> Duman paranoya mp3 indir boxca


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?